Noyabrın
23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
keçirildi. Konfransı giriş sözü ilə ADPU-nun
elmi işlər üzrə prorektoru, professor Vilayət
Əliyev açaraq TEC-in fəaliyyətini müsbət
qiymətləndirdi. Qeyd edildi ki, son illər
universitet rəhbərliyinin xüsusi qayğı və
diqqəti sayəsində tələbə-gənclərin elmə marağı
artır, elmi axtarışlarının səviyyəsi ildən-ilə
yüksəlir. Hazırda universitetin tələbələri
respublikamızda keçirilən bütün mötəbər elmi
toplantılarda fəal iştirak edirlər. 70-ci elmi
konfransda ADPU-nun 370 tələbəsinin iştirak
etdiyini bildirən professor Vilayət Əliyev
konfransın 12 bölmədə 2 gün davam edəcəyini
diqqətə çatdırdı. Konfransın materialları nəfis
tərtibatla 500 səhifəlik kitabda çap olunub.
V.Əliyev çıxışının sonunda konfransın işinə
uğurlar arzuladı.
Tədbirdə ADPU-nun TEC-in sədri, dosent Əli
Zalov, professorlardan S.Məmmədov, M.Murquzov,
Ə.Fərəcov, tələbələrdən İ.Səmədova, K.İmanova və
başqaları çıxış edərək TEC-in fəaliyyətindən,
keçirilən konfransın tələbə-gənclərin həyatında
mühüm rolundan danışdılar.
Şakir CƏFƏROV,
ADPU-nun dissertantı |