Noyabrın 22-də Azərbaycan Dillər Universitetində
"Ali təhsildə elektron tədris" mövzusunda
seminar keçirildi. Seminarda ali təhsil
müəssisələrinin nümayəndələri ilə yanaşı, ABŞ-ın
Edinboro Universitetinin professorları Hemiş
Makloud və Çarlz Anderson iştirak edirdilər.
Tədbirdə çıxış edən ADU-nun rektoru, professor
Səməd Seyidov bildirdi ki, Azərbaycanda çox
vacib olan beynəlxalq konfrans öz işinə
başlayır. Bu konfrans təhsil və texnologiya
vasitələri və iqtisadi inkişafla bağlı olan bir
konfransdır. Hazırda ADU-da informasiya və
kommunikasiya texnologiyaları vasitələrindən
xeyli vaxtdır lazımınca istifadə edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin diqqəti və qayğısı sayəsində
universitetdə "İnformasiya Resurs Kompleksi"
yaradılmışdır. Kompleks Azərbaycanda analoqu
olmayan imkanlara malikdir.
Sonra ABŞ-ın Edinboro Universitetinin
professoru, doktor Hemiş Makloud çalışdığı
təhsil ocağında İKT fəaliyyətindən və ondan
təhsil sahəsində istifadə etmə qaydalarından
söz açdı. O, çıxışında öyrətmə, öyrənmə və
qiymətləndirmə proseslərində əsas tendensiya
xarakterini doğuracaq yeniliklər, kitabxana
resurslarının rəqəmsal formata çevrilməsi,
virtual öyrənmə mühiti və elektron portallardan
ətraflı danışdı.
Seminar diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV |