Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - ¹46

 

"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans

Bookmark and Share

Noyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, YUNESKO, "Microsoft" və "İntel" korporasiyalarının təşkilatçılığı ilə "Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans keçirildi.

Beynəlxalq təhsil konfransı çərçivəsində günün birinci yarısında mütəxəssislər tərəfindən Azərbaycan Dillər Universitetində "Ali təhsildə e-təhsil", 132-134 nömrəli təhsil kompleksində "Milli İKT və Təhsil Strategiyasının inkişafı", Elitar Gimnaziyada isə "Müəllim və şagirdlər üçün birin-birə təhsil" mövzusunda seminarlar təşkil olundu.

Günün ikinci yarısında konfrans öz işini "Gülüstan" sarayında davam etdirdi. Burada keçirilən plenar iclasda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Təhsil Nazirliyinin Mərkəzi Aparatının, şöbələrinin və struktur bölmələrinin rəhbərliyi, rabitə və informasiya texnologiyaları, maliyyə və iqtisadi inkişaf nazirlərinin müavinləri, millət vəkilləri, bir sıra xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gələn qonaqlar və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbiri açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq Böyük Britaniya, Norveç, Macarıstan və digər ölkələrdən gəlmiş qonaqlara dəvəti qəbul etdikləri üçün təşəkkürünü bildirdi və konfransın işinə uğurlar arzuladı.

Sonra Misir Mərdanov informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi, bununla bağlı görülən işlər və həyata keçirilən tədbirlərdən bəhs edən geniş təqdimatla çıxış etdi.

Təhsil naziri öncə Azərbaycanda bu işin davamlı olaraq aparılmağa başlandığı 2005-ci ilədək mövcud vəziyyətə dair məlumat verərək bildirdi ki, məktəblərdəki İKT avadanlığının böyük əksəriyyəti fiziki  və mənəvi cəhətdən köhnəlmişdi; kompüter - şagird nisbəti 1:1000-ə səviyyəsində idi; pedaqoji heyətin yalnız 1 faizi İKT biliyinə malik idi və məktəblərin yalnız 1,5 faizi İnternetə qoşulmuşdu; məktəblərin İnternet şəbəkəsinə qoşulmasında vahid koordinasiya sistemi mövcud deyildi; mövcud dövlət standartlarında İKT-nin tədrisdə tətbiqi nəzərdə tutulmamışdı; "İnformatika və hesablama texnikasının əsasları" fənni yalnız X və XI siniflərdə tədris edilirdi.

Təhsildə İKT-nin tətbiqinin "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın təhsillə bağlı müddəalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş dövlət təşəbbüsü olduğunu deyən Misir Mərdanov bildirdi ki, Milli Strategiyanın uzunmüddətli məqsədlərini yerinə yetirmək üçün 2005-2007-ci illərdə ölkədə ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı icra olunmuşdur. Nəticədə 3693 məktəb müxtəlif İKT avadanlığı ilə təchiz olunmuş, məktəblərdə 1722 kompüter sinfi yaradılmış, bu siniflər üçün 2055 laborant ştatı  ayrılmışdı. Müxtəlif fənlər üzrə elektron tədris vəsaitləri hazırlanmış, Bakı, Sumqayıt, Gəncə şəhərləri və digər bölgələr üzrə 7500-dən artıq orta ümumtəhsil məktəbinin rəhbər və pedaqoji kadrlarına İKT-nin təhsildə tətbiqi üzrə təlimlər keçirilmiş, kompüter-şagird nisbəti 1:29-a çatdırılmış, AzNet layihəsi çərçivəsində Bakı və bölgələrdə 82 təhsil müəssisəsi İnternetə qoşulmuşdu.

Nazir diqqətə çatdırdı ki, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)"nın davamı olaraq  və kompüterləşdirilmiş müəssisələrin elektron təhsilə keçidini dəstəkləmək məqsədilə 10 iyun 2008-ci ildə "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" qəbul olunmuşdur.

Proqramın əsas məqsədi İKT vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün ümumilikdə təhsilin bütün pillələrində İKT-nin səmərəli tətbiqi və istifadəsi, vahid ümummilli təhsil mühitinin formalaşdırılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsilalma imkanlarının təmin edilməsi və Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyası məsələlərinin həlli nəzərdə tutulur.

Misir Mərdanov daha sonra bu məqsədlərin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən söz açdı. Qeyd olundu ki, Dövlət Proqramı 5 əsas vəzifənin - təhsil  sistemində İKT infrastrukturunun inkişafı, təhsil sistemində elektron idarəetmə, müəllimlərin İKT bacarıqlarının artırılması, elektron təhsilin tətbiqi və normativ-hüquqi bazanın təkmilləşdirilməsinin icrasını  nəzərdə tutur.

Təhsil sistemində İKT infrastrukturunun inkişafı məqsədilə təhsil müəssisələrinin İKT təchizatının davam etdirilməsi, İKT infrastrukturu üzrə texniki nəzarət və dəstək sisteminin təhsil şəbəkəsinin (İntranet) yaradılması, şəbəkə idarəetmə və nəzarət sistemlərinin quraşdırılması, İntranet xidmətlərinin və İnternet şəbəkəsinə çıxışın təmin olunması istiqamətində tədbirlər həyata keçirilir.

Təhsil sistemində elektron idarəetməyə bu sahədə vahid idarəetmə infrastrukturunun yaradılması, təhsilin idarəolunmasının məlumat sistemlərinin inkişaf etdirilməsi, təhsildə "Elektron hökumət" xidmətlərinin göstərilməsi və təhsili idarəetmə orqanlarının İKT avadanlığı və proqram vasitələri ilə təmin olunması daxildir.

Dövlət Proqramı çərçivəsində müəllimlərin İKT bacarıqlarının artırılması istiqamətində pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT üzrə təlimlərin təşkili, pedaqoji heyətin ixtisasartırma sisteminin təkmilləşdirilməsi, İKT üzrə kadr təminatının yaxşılaşdırılması, yaradıcı və innovativ müəllimlər üçün motivasiya sisteminin yaradılması üzrə tədbirlər həyata keçirilir.

Elektron təhsilin tətbiqi sahəsində İKT-nin tədrisdə tətbiqi üzrə məlumat və resurs mərkəzinin, elektron tədris vəsaitlərinin yaradılması, fənlər üzrə elektron vəsaitlərin istifadəsi üçün metodik tövsiyələrin hazırlanması və interaktiv tədris imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülür.

Normativ-hüquqi bazanın təkmilləşdirilməsinə İKT-nin təhsildə tətbiqi üzrə zəruri normativ və standartların işlənilməsi və icrası, mövcud qanunvericilik aktlarının, hüquqi normaların və normativ sənədlərin monitorinqi, e-təhsil vasitə və vəsaitlərinin istifadəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi aiddir.

Konfrans iştirakçılarına  həmin vəzifələrin icrası istiqamətində həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verən təhsil naziri diqqətə çatdırdı ki, keçən müddət ərzində Proqram çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması  İdarəsi nəzdində Məlumat və Resurs Mərkəzi yaradılıb, 1000 təhsil müəssisəsi İntranet və İnternet şəbəkəsinə qoşulub, bütün orta məktəb kompüterləri lisenziyalı  proqram təminatı ilə təchiz olunub, Azərbaycan Respublikası Təhsil Portalı istifadəyə verilib, 30 məktəbdə "Elektron məktəb"  pilot layihəsinin icrasına başlanıb, 2009-2010-cu tədris ilindən müəllimlərin isə qəbulu sahəsində elektron vasitələrdən istifadəni nəzərdə tutan yeni mexanizm tətbiq edilməyə başlanıb. 2010-2011-ci dərs ilində ölkə üzrə müəllimlərin işə qəbulu xüsusi proqram təminatı vasitəsilə həyata keçirilmiş, 287 vakant yerə 5000 elektron ərizə qəbul olunmuş, proqram vasitəsilə ilkin qiymətləndirmə aparılmış və 1800 müəllim mərkəzləşmiş şəbəkə vasitəsilə imtahana cəlb edilmişdir. Proqram təminatı vasitəsilə imtahan nəticələri qiymətləndirilmiş və yekun nəticə üzrə yerləşdirmə aparılmışdır. İnformatika fənni üzrə yeni dərsliklər hazırlanıb, tədris prosesində İKT vasitələrinin tətbiqinin genişləndirilməsi üçün müəllim və şagirdlər arasında mütəmadi müsabiqələr keçirilib, "1 şagird: 1 kompüter" pilot layihəsinə başlanıb (2000 şagirdə netbuk verilib), "Elektron məktəb" pilot layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirilib, təhsil müəssisələrinin İnternet bağlantısının təşkili Qaydaları, "Elektron məktəb" layihəsinin tətbiq olunması Qaydaları, digər qaydalar, standartlar hazırlanıb və s.

Misir Mərdanov daha sonra İKT-nin təhsildə tətbiqində qarşıya çıxan maneələr haqqında danışaraq bildirdi ki, bunlar innovasiya mədəniyyətinin inkişaf etməməsi, həyata keçirilən dəyişikliklərin miqyaslandırılması və innovasiyalara münasibətdir.

Sonra konfransda digər təqdimatlar dinlənildi. "İnformasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və insan resursunun inkişafında xüsusi rolu" mövzusunda məruzə üçün söz rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadəyə verildi.

Təhsildə İKT-nin tətbiqini gələcəyə yönəlmiş mühüm addım kimi dəyərləndirən məruzəçi ölkəmizin ali təhsil müəssisələrində ixtisasların təxminən 8 faizinin bilavasitə İKT ilə bağlı olduğunu vurğuladı.

Təqdimatında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təhsildə texnologiyaların tətbiqi sahəsində bilavasitə fəaliyyətindən bəhs edən E.Vəlizadə diqqətə çatdırdı ki, hazırda 145 azərbaycanlı tələbə nazirliyin hesabına dünyanın aparıcı universitetlərində təhsil alır.

YUNESKO-nun İKT üzrə məsləhətçisi Marius Lukosiunasın "Müəllimlərin İKT savadlılığı üzrə YUNESKO Proqramı" adlı təqdimatında qeyd olundu ki, bu gün təşkilat ideyalar laboratoriyası və meydana çıxan etik və inkişaf məsələləri üzrə universal razılaşmalara dəstək vermək üçün standartlar müəyyənləşdirən platforma rolunu oynayır. YUNESKO həm də məlumat və biliklərin yayılması və paylanması üzrə mənbə rolunu oynayır və üzv ölkələrə insan resursları və institusional bacarıqlarını müxtəlif sahələr üzrə qurmağa yardım edir. Təşkilat tərəfindən bütün dünyada İKT üzrə yaradılan 700-dən çox mərkəzdə artıq milyondan çox adam təlim keçmişdir.

"Microsoft" şirkətinin ümumdünya dövlət - özəl alyansı üzrə baş direktoru Coys Fernandes "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın yaxşı düşünüldüyünü və təhsildə informasiya-kommunikasiya texnologiyalarının bütün tətbiqi aspektlərini əhatə etdiyini dedi. O bildirdi ki, təmsil etdiyi şirkət Azərbaycanda həyata keçirilən bütün layihələrdə fəal iştirak edir. "Microsoft" müəllimlərin ixtisaslarının artırılması sahəsində özünün tədris metodikaları və proqramları ilə dəstək göstərir. Şirkət həmçinin innovativ müəllimlər müsabiqələri vasitəsilə Təhsil Nazirliyində müəllimlərin İKT alətlərindən istifadəsi üçün motivasiya prosesində yardım edir. Lokal müsabiqələrin qalibləri  "Microsoft"un "İnnovativ Təhsil Forumu" təşəbbüsü çərçivəsində bütün dünyadan olan həmkarları ilə görüşmək imkanı əldə edir.

ABŞ-ın Edinboro Universitetinin professoru Çarlz Anderson "Ali təhsildə İKT-nin istifadəsinin qiymətləndirilməsi: əsas mövzular" haqqında təqdimatla çıxış etdi.

Böyük Britaniyanın "Education İmpact" təşkilatının nümayəndəsi Gevin Dayks və Macarıstan Respublikasının sabiq təhsil naziri Balint Magyarın təqdimatları da maraqla dinlənildi.

Bununla da "Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırdı. 

Hicran ƏKBƏROVA,
Sifai SƏFƏROVA

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - ¹46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov