Noyabrın
25-də Bakının Xətai rayonunda yerləşən 257
nömrəli orta ümumtəhsil məktəbində SOS uşaq
kəndlərinin yaranma tarixinin 10 ili
münasibətilə tədbir keçirildi. Tədbirin
aparıcıları IX sinif şagirdləri İsmayıl Cabarlı,
Jalə Qocayeva təhsil aldıqları məktəb haqqında
iştirakçılara geniş məlumat verdilər.
Bildirdilər ki, 1974-cü ildən fəaliyyət göstərən
təhsil ocağında 1176 şagird təhsil alır.
Məktəbdə 175 müəllim fəaliyyət göstərir.
Ölkə başçısının sərəncamı ilə təhsil ocağı "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
kimi mükafatlandırılıb. Tədbirin aparıcıları
SOS uşaq kəndlərinin kollektivini 10 yaşlarının
tamam olması münasibətilə təbrik etdilər.
Tədbir iştirakçılarına SOS uşaq kəndlərinin
yaranmasından bu günə qədərki fəaliyyəti barədə
məlumat verildi və film nümayiş olundu.
Tədbirdə
iştirak edən "Bakcell" şirkətinin rəhbəri cənab
Botter SOS uşaq kəndlərinin kollektivini təbrik
etdi. O bildirdi ki, valideyn himayəsindən
məhrum olmuş uşaqlara kömək məqsədi ilə şirkət
"Bakcell STARS - hər uşaq bir ulduzdur" SMS
kampaniyasını həyata keçirmişdir. Kampaniyadan
əldə olunan 45.000 manat SOS uşaq kəndlərinə
verildi.
Tədbir SOS uşaq kəndlərinin şagirdlərinin ifa
etdikləri şeirlərlə, mahnılarla unudulmaz
xatirəyə çevrildi.
Rəşad ZİYADOV |