| 
								
								Noyabrın 22-də Bakı şəhərindəki 132-134 nömrəli 
								təhsil kompleksinin akt zalında "Milli İKT və 
								Təhsil Strategiyasının inkişafı" mövzusunda 
								seminar keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, 
								Rabitə və İnformasiya Texnologiyaları 
								Nazirliyinin, YUNESKO-nun, müxtəlif şirkətlərin 
								nümayəndələri və Böyük Britaniya, Moskva, 
								Ukrayna, Gürcüstan və Belorusdan gəlmiş qonaqlar 
								iştirak edirdilər. 
								
								Tədbir başlamazdan öncə təhsil kompleksinin 
								direktoru Sara Xanlarova qonaqları bilik 
								ocağının ən müasir standartlar səviyyəsində 
								qurulan və qabaqcıl avadanlıqlarla təchiz edilən 
								fənn kabinetləri, kompüter, netbuk, proyektor, 
								elektron lövhələrlə təchiz olunmuş sinif 
								otaqları, tarix muzeyi ilə tanış etdi. Təhsil 
								kompleksində tətbiq edilən texnologiyalar 
								haqqında məlumat verildi. 
								
								Sonra öz işinə başlayan seminarda Böyük 
								Britaniyanın "Education İmpact" təşkilatının 
								nümayəndəsi Gevin Dayks "Milli İKT və Təhsil 
								Strategiyasının inkişafı" mövzusunda məruzə ilə 
								çıxış etdi. O, qeyd etdi ki, XXI əsrin 
								tələblərinə uyğun olaraq, texnologiyaların 
								təhsilə tətbiqinə ehtiyac 
								artmaqdadır.Texnologiyalar həm iqtisadi inkişaf, 
								həm də təhsilin əsasını təşkil edən vacib 
								amillərdən biridir. Texnologiyaların təhsildə 
								öyrənilməsi daha yaradıcı fəaliyyətlər üçün 
								zəmin yaradır. Qeyd edildi ki, dünyanın bir sıra 
								ölkələrində öyrətmə və öyrənmə prosesində 
								texnologiyalardan istifadə sahəsində əsaslı 
								addımlar atılmışdır və texnologiyaların 
								şagirdlərin nailiyyətlərinə müsbət təsiri barədə 
								faktlar mövcuddur.  
								
								Sonra seminarda YUNESKO-nun İKT üzrə 
								məsləhətçisi Marius Lukosiunas çıxış edərək 
								bildirdi ki, YUNESKO kimi təşkilatlar 
								müəllimlərin İnformasiya və Kommunikasiya 
								Texnologiyaları (İKT) bacarıqlarının artırılması 
								vasitəsilə texnologiyaların təhsildə 
								istifadəsini dəstəkləyir.  
								
								Sonra seminar iştirakçılarının çoxsaylı sualları 
								hər iki məruzəçi tərəfindən ətraflı 
								cavablandırıldı. 
								
								Tədbirin sonunda məktəbin akt zalında quraş 
								
								dırılmış videoaparatların vasitəsi ilə 
								Azərbaycan Dillər Universiteti və Elitar 
								Gimnaziyada da keçirilən seminarların gedişi və 
								buradakı çıxışlar  ekranda iştirakçılar 
								tərəfindən izlənildi.  
								
								
								ƏDALƏT |