"Sentr Znaniy Azərbaycan" şirkəti "Start Up"
layihəsi çərçivəsində qrantların alınması üçün
Azərbaycan tələbələri arasında müsabiqə
keçirəcəkdir.
AzərTAc xəbər verir ki, layihənin əsas məqsədi
respublikada informasiya texnologiyaları
sahəsində kadr potensialını inkişaf etdirməkdən
ibarətdir.
"Sentr Znaniy Azərbaycan" şirkətinin direktoru
Səbinə Legeydanın sözlərinə görə, avtorizasiyalı
ixtisaslaşdırılmış təhsil bazarının
formalaşmasına baxmayaraq, Azərbaycanda yüksək
ixtisaslı mütəxəssislərə ehtiyac vardır.
Mütəxəssislərin hazırlanması və onların
ixtisaslarının artırılması nəinki "Sentr Znaniy
Azərbaycan" şirkətinin əsas vəzifəsidir, həm də
informasiya texnologiyaları sahəsində çalışan
hər bir şirkət üçün prioritet məsələdir.
"Sentr Znaniy" öz fəaliyyətinə 2002-ci ildə
Ukraynada "Cisco"nun ilk avtorizasiyalı
kurslarının keçirilməsi ilə başlamışdır. Cari
ilin mart ayında şirkət Azərbaycanda
nümayəndəlik açmışdır. Bu müddət ərzində "Sentr
Znaniy Azərbaycan"da ölkənin ən iri
şirkətlərinin 250-dən çox mütəxəssisi təlim
keçmişdir. |