Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - ¹46

 

Monitorinq və qiymətləndirmə

Milli qiymətləndirmə

Bookmark and Share

Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Şagirdlərin təlim nəticələri haqqında toplanmış  məlumat sistemli olmadıqda müəyyən prinsiplərə (məlumatın toplanması, təhlili, istiqamətlərin müəyyənləşdirilməsi, problemlərin həlli) əsaslanmış monitorinqin aparılmasında da çətinlik yaranır. Qeyd edək ki, əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək olan milli qiymətləndirmə sistemli araşdırmanın tələblərinə cavab verən tədqiqatdır.

3-4 ildən bir təhsilin müəyyən səviyyələrində  həyata keçirilən milli qiymətləndirmənin ümumi məqsədi ölkənin təhsil vəziyyətini müəyyənləşdirmək olsa da, müxtəlif illərdə aparılan qiymətləndirmə tədqiqatının hər biri xüsusi məqsədə malik olur.

Milli qiymətləndirmədə istifadə olunan vasitələrin məzmunu məqsədli tədqiqat sualının qoyuluşu ilə uyğunluq təşkil edir.  Əgər milli qiymətləndirmənin xüsusi məqsədi təhsilə təsir edən  konkret bir faktı öyrənməkdirsə, tədqiqat sualı da özündə bu problemi əks etdirir. Məsələn, xüsusi məqsəd şagirdlərin sosial bilik və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə vasitələrində tətbiqi tapşırıqlara yer ayrılır. Şagirdin məişətdə davranışını, hesablama qabiliyyətini, texniki vasitələrdən istifadə bacarığını, fikrini ifadə edə bilməsini və ümumiyyətlə, həyati bacarıqlarını yoxlayan qiymətləndirmə vasitələri ilə təhsil standartlarına diaqnoz qoyulur və bu sahədə gələcək fəaliyyət müəyyənləşdirilir. Məsələn, əgər milli qiymətləndirmənin nəticələri şagirdin riyaziyyat fənni üzrə müəyyən nəzəri biliklərə malik olmadığını və bunun əksinə olaraq, məişətdə tələb olunan zəruri bacarıqlara yiyələndiyini göstərirsə (kəsr saylarını bilməyən şagird mağazada  asanlıqla alış-veriş edə bilir), deməli, mövcud təhsil standartları  funksional savadı sosial biliklərdən təcrid olunmuş şəkildə tələb edir. Təsadüfi deyil ki, dünya təcrübəsində milli və beynəlxalq  qiymətləndirmələrdə şagirdlərin həm funksional, həm də sosial biliklərinin tədqiqi  ümumi məqsəd obyekti kimi çıxış edir.

Forma və məzmun uyğunluğu milli qiymətləndirmədə istifadə olunan  sorğu anketlərində də özünü göstərir. Məsələn, milli qiymətləndirmənin xüsusi məqsədi şagirdin təlim nəticələrinə təsir edən  hər hansı bir konkret amili öyrənməkdirsə (məktəblərin maddi-texniki bazası və ya mühit, ailə), hazırlanan sorğularda həmin problemə yer ayrılır.

Dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda keçirilən hər bir milli qiymətləndirmə tədqiqatının da həm ümumi, həm də xüsusi məqsədləri olub.

  İlk milli  qiymətləndirmə pilot layihə şəklində 5-14 may 2003-cü il tarixlərində keçirilib. Bu tədqiqatın özəyində  şagird nailiyyətlərinin milli qiymətləndirilməsi sisteminin yaradılması dayanırdı.

Ana dilindən oxu, riyaziyyatdan isə natural ədədlər üzrə nailiyyətlərin qiymətləndirilməsinə həsr olunmuş 2003-cü il milli qiymətləndirmə tədqiqatının ümumi məqsədi şagirdlərin nailiyyətləri haqqında  məlumat toplamaq, yeni  qiymətləndirmə mexanizmini  hazırlamaq idi.

Tədqiqatın xüsusi  məqsədi  fənn kurikulumlarının, o cümlədən məzmun və qiymətləndirmə standartlarının, təlim strategiyalarının yaradılması üçün təkliflər hazırlamaqdan ibarət idi.

Öncə fənlər üzrə hazırkı məzmun standartlarını ilkin səviyyədə  əvəz edən   təlim məqsədləri yazıldı və bu məqsədlərə uyğun suallar hazırlandı.

Məsələn, riyaziyyatdan "ədədləri  şüa üzərində təsvir edir, yerini müəyyən  edir və  ədədə uyğun nöqtələrin tapır" təlim məqsədini ölçmək üçün test kitabçasına  aşağıdakı sual daxil edildi:

 

 

Ədədi şüa üzərində A nöqtəsinə hansı ədəd  uyğundur?

Cavab:         

Ana dilindən  "şagird oxuduğu mətndən nəticə çıxarır" təlim məqsədini  ölçmək  üçün  mətnlər  əsasında suallar   tərtib edildi.

Fənn kurikulumlarının yazılmasında, müəllim hazırlığında 2003-cü il milli qiymətləndirmə nəticələrindən geniş  istifadə edildi.

2006-cı ildə keçirilən  milli qiymətləndirmənin  ümumi məqsədi  şagirdlərin nailiyyətləri haqqında  məlumat toplamaq və bunun əsasında  təhsilin keyfiyyəti haqqında fikir bildirmək, bununla da təhsilin keyfiyyətinə nəzarəti təmin etmək,  xüsusi məqsədi isə kənar amillərin və ailə şəraitinin təhsilin inkişafına təsirini müəyyənləşdirmək idi. 

2006-cı il milli qiymətləndirməsi keçirilərkən fənn  kurikulumlarının hazırlanması davam edirdi və  təbiidir ki, məktəblərdə  ənənəvi fənn proqramlarından istifadə olunurdu. Odur ki, qiymətləndirmə vasitələri elə tərtib edilmişdi ki, növbəti illərdə tədqiqat keçirilərkən onların nəticələrini qarşılıqlı müqayisə etmək mümkün olsun. 4-cü və 9-cu siniflərdə ana dili və riyaziyyat fənni üzrə  keçirilən bu tədqiqatda 70 seçilmiş məktəb iştirak edirdi.

Əvvəlcədən müəyyən edilmiş  təlim məqsədləri üzrə hazırlanmış suallar əsasında  şagirdlərin  oxuduğunu anlamaq, təhlil etmək və  nəticə çıxarmaq   bacarıqları yoxlanılırdı.  

2006-cı il milli qiymətləndirməsinin nəticələri təhsili idarə edənlərin nəzərinə çatdırıldı və ailə-məktəb əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirildi. Qeyd edək ki, Valideyn-Müəllim Assosiasiyası məhz bu illərdə yaradıldı.  

2009-cu ildə keçirilən  milli qymətləndirmənin  sınaq mərhələsinin ümumi  məqsədi  əvvəlkilərdən fərqlənmirdi. Xüsusi məqsədlər isə aşağıdakılar idi:

1. 2009-cu ildə  ənənəvi fənn proqramları əsasında təhsil alan şagirdlərin nəticələrini  2013-cü ildə  keçiriləcək  milli qiymətləndirmə  nəticələri ilə müqayisə etmək üçün bazanın  yaradılması (2013-cü ildə ibtidai təhsil səviyyəsini bitirəcək şagirdlər  fənn kurikulumları əsasında təhsil alırlar).

2. 2012-ci ildən başlayaraq   Dünya Bankı tərəfindən kitabxanaları təkmilləşdiriləcək   məktəblərin şagirdlərinin təlim nəticələrini  ötən illərlə müqayisə edə bilmək imkanını yaratmaq.

Müəllim və şagirdlər  üçün hazırlanan sorğularda isə yeni  təlim strategiyalarının, fəal təlim  metodlarının işləkliyi öyrənilirdi. Sorğuların nəticələri göstərdi ki, ənənəvi  fənn proqramları ilə işləyən müəllimlərin heç də hamısı fəal  təlim metodlarından istifadə etmir və təlim strategiyalarını dəyişmirlər. Bunun bir səbəbi də odur ki,  nəticələrə deyil, yalnız məzmuna əsaslanan proqram  müəllimlərdən geniş yaradıcılıq tələb etmir. Lakin  nəticəyə əsaslanan  kurikulumla  işləmək müəllimlərdən yaradıcı olmağı, öyrətməyin yeni yollarını tapmağı tələb  etdiyinə görə onlar  fəal təlim üsulları ilə işləməyə üstünlük verirlər.

Qeyd edək ki, milli qiymətləndirmənin 2011-ci ildə keçiriləcək  əsas mərhələsinin də ötən tədqiqatlarda olduğu kimi  ümumi və xüsusi məqsədləri müəyyənləşdirilib.Belə məqsədlərdən  biri də  IX sinif  şagirdlərinin sosial savadının yoxlanılmasıdır.

Riyaziyyat fənni üzrə həmin məqsədə xidmət edən bir nümunə təqdim edirik:

Kərpic qalağında müxtəlif ölçülü üç kərpic vardır.

Orta ölçülü iki və bir kiçik kərpic birlikdə bir böyük kərpicə bərabər olur.

İki kiçik kərpic  isə bir orta ölçülü kərpicə bərabər olur.

Aşağıda bu cür kərpiclərdən qurulmuş tikintinin iki görünüşü

 verilmişdir.

Tutaq ki, siz həmin tikintini yalnız kiçik kərpiclərdən istifadə etməklə tikmək istəyirsiniz.

Sizə neçə kiçik kərpic lazım olacaqdır?

Cavab:

2011-ci ildə IX siniflər arasında keçiriləcək milli qiymətləndirmə tədqiqatının xüsusi məqsədlərindən biri də şagirdlərin İKT bacarıqlarının yoxlanılması və gələcəkdə müqayisəli təhlillər üçün bazanın yaradılmasıdır. 

Təranə HACIYEVA,
Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmləri doktoru

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - ¹46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov