Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - ¹46

 
Dünya universitetləri:

Boston Universiteti

Bookmark and Share
  Yerləşir: ABŞ, Massaçusets ştatı, Boston şəhəri

 
Yaranma tarixi: 1839-cu il
Tipi: Özəl
İşçi heyətinin ümumi sayı:  3931 nəfər akademik, 7410 nəfər inzibati heyət
Tələbələrin ümumi sayı: 31766 nəfər
İllik gəlirləri: 1529563000 ABŞ dolları
İllik xərcləri: 1443477000 ABŞ dolları
Rəsmi saytı: www.bu.edu

Boston Universiteti (Boston University) ABŞ-ın Massaçusets ştatının paytaxtı  Boston şəhərində yerləşən qədim ali təhsil ocağıdır. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Boston Universiteti 100 ən yaxşı ali məktəb arasında 54-cü yerdədir. 2010-cu ildə "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Boston Universiteti dünyanın ən nüfuzlu universitetləri arasında 59-cu yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 64-cü yerdədir. 

Tarixi 

Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin - İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir. 1869-cu il mayın 26-da Massaçusets ştatının qubernatoru Klaflin Linin oğlu Uilyam ştatın Qanunvericilik Şurasının qəbul etdiyi nizamnaməni imzalayır.  Universitetə, teologiya fakültəsi istisna olmaqla, dinindən, irqindən,  milliyyətindən, cinsindən asılı olmayaraq hər kəs qəbul edilir. Boston İlahiyyat İnstitutu 1871-ci ildə Boston Universitetinə birləşdirilir və universitetin İlahiyyat Məktəbi kimi fəaliyyət göstərməyə başlayır. Bir il sonra İsaak Riç öz mülkünün böyük bir hissəsini (1,5 milyon ABŞ dolları) Boston Universitetinə bağışlayaraq vəfat edir. Bu, həmin dövrdə Amerika ali məktəblərinə bağışlanmış ən böyük ianələrdən hesab olunurdu.

1872-ci ilin dekabrında baş vermiş yanğın Boston Universitetini, demək olar ki, tamamilə məhv edir. Yalnız universitetin bir binası yanğından az zərər çəkir. Nəticədə ali məktəbin Aspinuol Hill ərazisində kampus yaratmaq niyyəti baş tutmur və buradakı ərazisini hissə-hissə satır. Hazırda həmin yerlərdəki Klaflin Road, Klaflin Path və küçə adları orada nə vaxtsa Boston Universitetinin fəaliyyət göstərdiyini təsdiq edir.

Boston Universitetinin Bekon Hill, Boylston Strit və Kopli meydanında yerləşən korpusları, Çarlz River kampusu 1937-ci ildən sonra tikilməyə başlayıb. 1951-ci ildə universitetin 5-ci prezidenti Harold Keysin rəhbərliyi dövründə ali məktəb 180000 m2 ərazi və 68 yeni bina alır. Universitetin ilk yataqxanaları Klaflin, Riç və Sliper Holls, Qərb kampusu, Uorren Touers, Mugar Memorial kitabxanası və s. binalar  tikilir, ali məktəb sürətli inkişaf yoluna qədəm qoyur.

1990-cı illərdə universitetin Qərb və Şərq hissələrini birləşdirmək məqsədi ilə Con Henkok Tələbə Kəndi tikilir. Boston Universitetində mütəmadi olaraq inkişaf proqramları qəbul olunur. 2009-cu il böhranında universitetdə 2,5 milyon dollarlıq kompüter sistemlərinin yeniləşdirilməsi prosesi baş tutub. Bununla yanaşı, universitetdə kitabxana, yataqxana və digər obyektlərin yenidənqurulması ilə bağlı işlər aparılır. 

Büdcəsi və təhsil haqqı 

Ötən tədris ilində Boston Universitetinin illik gəlirləri 1529563000 ABŞ dolları, illik xərcləri isə 1443477000 ABŞ dolları təşkil edib. Ali məktəbin ianə fondunun gəlirləri 1020000000 ABŞ dollarına bərabərdir.

2010-2011-ci tədris ilində Boston Universitetində tələbələrin təhsil haqqı 39314 ABŞ dolları təşkil edir. Universitetdə təhsil alan əcnəbilər ABŞ-dan olan tələbələrlə eyni məbləğdə təhsil haqqı ödəyirlər. Bundan əlavə, tələbələrdən 550 ABŞ dolları dəyərində vergi tutulur. Tələbələr kampus daxilində yaşayış yeri ilə təmin olunmaq üçün ildə 7980, qidalanmaq üçün isə 4280 ABŞ dolları ödəyirlər. Kitab və digər ləvazimatlar üçün gənclərə ildə 940, nəqliyyat üçün 546, şəxsi xərclər üçün isə 1290 ABŞ dollarına qədər vəsait lazım gəlir. Ötən tədris ilindən fərqli olaraq bu il universitet təhsil, yaşayış və qidalanma qiymətlərini 3,65% artırıb. Tələbələrə verilən təqaüd və maliyyə yardımının məbləği də 12% çoxalıb.

Boston Universitetində təqaüd yüksək akademik göstəricilərə, liderlik bacarıqlarına malik, hər semestrin 12 kreditini uğurla verən, dərslərdə mütəmadi iştirak edən, il ərzində yüksək bal nəticələri olan, istedadlı (rəssam, aktyorluq məharəti və s.), idman sahəsi üzrə uğur qazanmış tələbələrə verilir. Universitet tərəfindən təqaüdə layiq görülən tələbələr kampus ərazisində yaşamalıdırlar. Dünyanın digər nüfuzlu ali təhsil ocaqlarında olduğu kimi, Boston Universitetində də müxtəlif təqaüdlər mövcuddur (Qəyyumluq, Texniki, Universitet, Aleksandr Qrahem Bell, Kiçik Martin Lüter Kinq, İdman və s.). Əcnəbi tələbələr Qəyyumluq, Texniki və Universitet təqaüdləri ala bilərlər. Boston Universitetində maliyyə yardımı yalnız yüksək akademik göstəricilərə malik və maliyyə vəziyyəti çətin olan yerli tələbələrə verilir.  

Universitet bu gün 

Boston Universiteti Çarlz River və Tibb kampuslarından ibarətdir. Əsas Çarlz River kampusu Boston şəhərinin Bek Bey rayonunda Çarlz çayı sahili boyu, Tibb kampusu isə Saut-End ərazisində yerləşir. Çarlz River kampusunda yerləşən binaların əksəriyyəti qotik üslubda inşa olunmasına baxmayaraq, burada müasir tikililər də az deyil. Con Henkok Tələbə Kəndi 40000 m2 ərazini əhatə edir. Kənddə Fitnes və Sağlamlıq Mərkəzi, 2000-ci ildə inşa edilmiş bir və 2009-cu ildə tikilmiş iki yataqxana, 19 və 26 mərtəbəli yeni binalar və s. yerləşir. Boston Universitetinin əlavə olaraq Brüssel, Dubay, London, Los-Anceles və Vaşinqtonda kampusları fəaliyyət göstərir.

Boston Universiteti dünyanın 20-yə yaxın ölkəsində 70-dən çox tədris proqramı təklif edir.

Boston Universitetinin yataqxana kompleksi ABŞ-ın ən böyük yataqxanalarından hesab olunur. Universitetin yataqxanaları, əsasən, Çarlz River kampusunun Bey Roud və Cənub Kampus rezidental ərazilərində yerləşir. Hazırda ali məktəbin tələbələrinin 76%-i kampus ərazisində məskunlaşıb. Kampusda yerləşən yataqxana binaları müxtəlif dövrlərin üslublarında inşa edilib. Burada XIX əsrin Braunston taunhausları (qəhvəyi daşlardan tikilmiş ev və binalar), 1960-cı və 2000-ci illərə aid yüksək mərtəbəli binalar mövcuddur. Universitetdə tələbə çox olduğundan, kampusda otaq qıtlığı müşahidə olunur. Çarlz çayının üzərində Hyatt Regency Kembric müvəqqəti yataqxanası yerləşir. Uorren Touer yataqxanaların ən böyüyüdür və 1800-dən çox tələbə yerləşdirməyə qadirdir. Yataqxanalar yüksək səviyyəli şəraitə malikdir və ciddi mühafizə olunur.

Boston Universitetində 250-dən çox proqram təklif edən 17 kollec fəaliyyət göstərir. Bunlar İncəsənət və Elmlər, Kommunikasiya, Mühəndislik, Təsviri İncəsənət, Ümumi Tədqiqatlar, Təhsil, Qonaqpərvərlik Administrasiyası, İdarəetmə, Hüquq, İctimai Fəaliyyət, İlahiyyat, Tibb, Qoldman Stomatologiya, İctimai Səhiyyə, Təhsilin Davametdirilməsi, Elmi və Texniki Proqramlar (Metropolitan), Sağlamlıq və Reabilitasiya Elmləri (Sarcent) kollecləridir. Hər kollec öz növbəsində məktəblərdən və bölmələrdən ibarətdir. Universitetdə 140 elmi-tədqiqat müəssisəsi, 2000-dən çox laboratoriya mövcuddur. Həmçinin ali məktəbin nəzdində Boston Universiteti Teatrı, Fotonika, Afrika Tədqiqatları, Tsay İfaçılıq, Distant Zondlaşdırma, Hesablama Elmləri mərkəzləri, İqtisadi İnkişaf, İrq və Sosial Bölünmə institutları, Koyt Rəsədxanası vardır.

Boston Universitetinin kitabxana sisteminə 23 kitabxana daxildir. Universitetin mərkəzi kitabxanası Çarlz River kampusunda yerləşən Muqar Memorial kitabxanasıdır. Bu kitabxanada 2 milyon cild kitab, 4 milyon mikroforma və digər materiallar mövcuddur. Kitabxananın xüsusi kolleksiyalar bölməsində 100000-dən çox nadir kitab, XVI əsrdən dövrümüzə qədər qorunan sənədlər, Dante, Avraam Linkoln, Robert Frost, Teodor Ruzvelt, Kiçik Martin Lüter Kinq və başqa dahi şəxslərin əlyazmalar və əsərlərinin ilkin nəşrləri saxlanır. Muqar Memorial kitabxanasının nəzdində əvvəllər XX Əsr Arxivi adlandırılan Hovard Hotlib Arxiv Elmi-Tədqiqat Mərkəzi yerləşir. Mərkəzdə diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrə aid sənədlər qorunur.

2005-ci ilin sentyabrından başlayaraq Boston Universitetinin 10-cu prezidenti, kimya texnologiyaları üzrə professor Robert Braundur. Universitetin prorektoru isə professor Devid Kempbelldir. Ali məktəbdə 3931 nəfər akademik, 7410 nəfər inzibati heyət çalışır. Ali məktəbin müəllim-professorları arasında 3 Nobel mükafatı laureatı (fizika üzrə Şeldon Qleşou, sülh üzrə Eli Vizel, ədəbiyyat üzrə Derek Uolkott), ikiqat PEN/Folkner mükafatı laureatı Ha Tzin, Broderik mükafatı laureatı Yurye Koskinen, Makartur mükafatı laureatı Cim Kollinz, ikiqat Pulitzer mükafatı laureatı Robert Zelnik, 23  nəfər Amerika İncəsənət və Elmlər Akademiyasının akademiki, 35 Quqqenheym təqaüdçüsü var.   

Boston Universitetində dünyanın 100-dən çox ölkəsindən və ABŞ-ın 50 ştatından olan 31766 nəfər qeydə alınıb. Onların 18534 nəfərini bakalavr, 12232 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Universitetdə 500-ə yaxın tələbə təşkilatı, 55 mədəni, 31 dini gənclər təşkilatı, 33 idman klubu, 15 idman komandası və s. fəaliyyət göstərir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Boston Universitetində bir azərbaycanlı gənc - Vəli Məmmədhəsən oğlu Hüseynov təhsildə idarəetmə ixtisası üzrə magistratura pilləsində təhsil alır. 

Boston Universitetinin 285000-dən çox məzunu dünyanın bir çox ölkəsində müxtəlif vəzifələrdə çalışır. Bu ali məktəbi Kiçik Martin Lüter Kinq, Uilyam Koen, Geri Lok, Robert Pinski, Ayzek Azimov, Hovard Stern, Bill OTReyli, Frans Klayn, aktyorlar Culiana Mur, Cina Devis və digər məşhur şəxslər bitiriblər. Vətəndaş hüquqları Afro-Amerikan hərəkatının lideri Kiçik Martin Lüter Kinq 1955-ci ildə Boston Universitetində ilahiyyat ixtisası üzrə doktorluq dərəcəsi alıb. 1964-cü ildə sülh üzrə Nobel mükafatına layiq görüldükdən sonra, o öz əlyazmalarını, şəxsi sənəd və qeydlərini universitetin Muqar Memorial kitabxanasına bağışlayıb. ABŞ-da 1864-cü ildə tibb üzrə diplom almış ilk qaradərili qadın Rebeka Li, ilk qaradərili psixiatr və Alzheymer xəstəliyinin tədqiqatçısı Solomon Karter Fuller 1897-ci ildə Boston Universitetinin məzunu olublar. 

Boston Universiteti ABŞ-ın dördüncü ən böyük özəl ali məktəbi və ikinci ən nəhəng işəgötürən müəssisəsidir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də özünə cəlb edərək işlə təmin edir. Ali məktəbin şüarı belədir: "Öyrənmək, ləyaqət, möminlik". Boston Universiteti gənclərin arzuladıqları təhsili ala biləcəkləri ən mükəmməl elm ocaqlarından biridir. 

Universitetin məşhur məzunları 

  Oskar Arias Kosta-Rikanın sabiq prezidenti, sülh üzrə Nobel mükafatı laureatı  
  Uilyam Koen ABŞ-ın sabiq müdafiə naziri  
  Geri Lok  ABŞ-ın ticarət naziri  
  Feysal əl-Faiz  İordaniyanın sabiq Baş naziri  
  Rafiq Həriri  Livanın sabiq Baş naziri  
  Keyko Fucimori Perunun sabiq birinci xanımı  
  Kiçik Martin Lüter Kinq sülh üzrə Nobel mükafatı laureatı  
  Eli Vizel sülh üzrə Nobel mükafatı laureatı  
  Şeldon Qleşou fizika üzrə Nobel mükafatı laureatı  
  Derek Uolkott  ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Sol Bellou     ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Osamu Şimomura kimya üzrə Nobel mükafatı laureatı  
  Cenett Horan   "IBM" şirkətinin vitse-prezidenti  
  Ayzek Azimov  yazıçı, biokimya üzrə professor  
  Robert Pinski   tanınmış ABŞ şairi  
  Bill OTReyli   tanınmış teleaparıcı  
  Frans Klayn tanınmış ABŞ rəssamı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - ¹46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov