Noyabrın
25-də Bakıdakı 151 nömrəli orta məktəbdə şairə
Kəmalə Abıyeva ilə görüş keçirildi. Tədbirdə
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Solmaz Süleymanova qabaqcıl təhsil işcisi Kəmalə
Abıyevanın həyat və yaradıcılığından geniş
söhbət açdı.
Tədbirin aparıcıları şairin 31 nömrəli
məktəbdəki 35 illik pedaqoji fəaliyyəti haqqında
məlumat verdilər. Şagirdlər Kəmalə Abıyevanın
şeirlərindən parçalar söylədilər. Şairə ilk
yaradıcılıq nümunəsi olan "Müəllim" şeiri
haqqında tədbir iştirakçılarına məlumat verdi.
Çıxış edən qonaqlar da K.Abıyeva poeziyası
haqqında geniş danışdılar.
Məktəbin 10-cu sinif şagirdi Fatimə
Şirəliyevanın ifasında "Məktəb illəri" mahnısı
tədbir iştirakçıları tərəfindən böyük maraqla
qaşılandı.
Tədbirin keçirilməsində əməyi olan hər kəsə
təşəkkürünü bildirən Kəmalə Abıyeva məktəb
kollektivi ilə görüşdən məmnun olduğunu
bildirdi. Şagirdlərə isə dərslərində uğurlar
arzuladı.
R.ZİYADOV |