Fevralın 19-28-də İsmayıllı rayonunda Xocalı
şəhidlərinin xatirəsinə həsr olunmuş respublika
şahmat turniri keçirilib. Yarışda respublikanın
şəhər və rayonlarından ümumilikdə 40 komanda
tərkibində 106 şahmatçı iştirak edib.Turnir
9-10, 11-12, 13-14 yaş qrupları arasında "İsveçrə"
sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilib.
Yarışda 8 yaş qrupu üzrə qızlar arasında Zeynəb
İsmayılzadə (Mingəçevir), oğlanlar arasında
Qafar Bədəlov (İsmayıllı), 10 yaş qrupu üzrə
qızlar arasında Həcər Heydərova (Masallı),
oğlanlar arasında Toğrul Nəbiyev (İsmayıllı), 12
yaş qrupu üzrə qızlar arasında Gülüstan Əsgərova
(Qazax), oğlanlar arasında Qəhrəman Nəbiyev (Mingəçevir),
14 yaş qrupu üzrə qızlar arasında Xatun Bağırova
(Ucar), oğlanlar arasında Elçin Qafarlı (Şəmkir),
16 yaş qrupu üzrə qızlar arasında Xəzanə
Mehdiyeva (Şəki), oğlanlar arasında Cavid
Abbaslı (Beyləqan) birinci yeri tutaraq turnirin
qalibi olmuşlar. |