Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz tarixi xidmətlərini, o
cümlədən xalqımızın müstəqillik arzusunun həyata
keçməsində, milli dövlətçilik ideyasının
gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin
yaradılmasında müstəsna rolunu böyüməkdə olan
nəslə daha dolğun çatdırmaq, gənclərdə Heydər
Əliyev dühası haqda daha geniş təsəvvür yaratmaq
məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümü münasibətilə "Heydər
Əliyev və müstəqil Azərbaycan" mövzusunda
ümumtəhsil məktəblərinin şagirdləri arasında
respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi təsdiq olunsun (əlavə
olunur).
3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
yekun tədbirinin keçirilməsi, qaliblərin
mükafatlandırılması üçün nazirliyin
mərkəzləşdirilmiş tədbirləri üçün nəzərdə
tutulmuş vəsait hesabına 840 (səkkiz yüz qırx)
manat vəsait ayrılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr
və əsasnamənin "Azərbaycan müəllimi" qəzetində
dərc olunmasını təmin etsin.
5. Ümumi şöbə (H.Məhərrəmova) hədiyyələrin
alınmasını, əmr və əsasnamənin çoxaldılaraq
yerlərə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
1 mart 2010-cu il |