"BP-Azərbaycan" şirkətinin mətbuat xidmətindən
verilən məlumata görə, şirkət ölkəmizdə elm və
təhsilin inkişafına yardım məqsədi ilə həyata
keçirdiyi layihələri 2009-cu ildə də davam
etdirmişdir.
Şirkətin Qafqaz Universiteti ilə imzaladığı
anlaşma memorandumuna əsasən universitet özünün
bakalavr təhsili ixtisaslarını genişləndirərək
kimya, neft və qaz, mexanika mühəndisliyi
sahələrini əhatə etmək imkanı qazanmışdır.
Şirkətin yeni təşəbbüslərindən biri də "Yerşünaslıq
və mühəndislik üzrə silsilə məruzələr"
layihəsidir. Layihə geologiya, yerşünaslıq,
geofizika və texnologiyalar sahələri ilə
maraqlanan gənc nəslin nümayəndələri üçün
nəzərdə tutulmuşdur.
"bp-Azərbaycan" şirkəti bu qəbildən olan
təşəbbüslərini bundan sonra da davam
etdirəcəkdir.
|