Fevralın 27-də Azərbaycan Dillər Universitetinin
tərkibində olan Amerika Resurs Mərkəzində "Birliyə
Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai
Birliyi keçirdiyi "Qış kampı" layihəsi haqqında
mətbuata hesabat verib.
2003-ci ildən əlil və kimsəsiz uşaqlara dəstək
olmaq üçün "Birliyə Doğru" adı altında Əlil və
Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi
yaradılmışdır. Birliyin yaradılmasında məqsəd
ailələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqların
cəmiyyətə psixoloji və fiziki uyğunlaşmasına
yardımçı olmaq, cəmiyyətdə əlillərə qarşı olan
münasibəti düzgün istiqamətə yönəltmək, həmçinin
kimsəsiz uşaqlara maddi və mənəvi dəstək vermək
olmuşdur.
ADU-dakı İnformasiya Resurs Mərkəzinin direktoru
Şəhla Xudiyeva belə layihələrin həyata
keçirilməsini dəstəklədiyini söyləyib.
Qeyd edək ki, "Qış kampı" layihəsinin məqsədi
əlil və kimsəsiz uşaqların təlimləri və inkişafı
üçün düşərgə yaratmaq idi. "Qış kampı"nda
təlimləri keçən işçi komandası və fəal kimsəsiz
uşaqlar sertifikatlarla təltif olunub.
Şakir CƏFƏROV |