Məktəbdənkənar təhsil sahəsində 2010-cu ildə
istedadlı uşaqların aşkara çıxarılması, onların
yaradıcılıq potensialının inkişaf etdirilməsi,
müsabiqələrin və yarışların keçirilməsi
nəzərdə tutulub. Ali məktəb tələbələri arasında
futbol üzrə III respublika çempionatının,
uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin
profilaktikası üzrə maarifləndirici müəllif
proqramının ümumrespublika müsabiqəsinin
keçirilməsi, məktəbdənkənar tərbiyə müəssisələri
üzrə istedadlı uşaqların informasiya bankının
yaradılması planlaşdırılıb. Eyni zamanda 2010-cu
ildə istedadlı şagirdlər üçün ayrı-ayrı
fənlər üzrə nümunəvi olimpiada tapşırıqları və
test topluları da nəşr ediləcəkdir.
S.SƏFƏROVA |