| 
								
								Naxçıvan  Dövlət  Universitetində 
								inzibati-təsərrüfat işləri üzrə prorektor Araz  
								Zalovun 60 illik yubileyi universitet 
								əməkdaşları və yubilyarın  yaxınlarının  
								iştirakı  ilə geniş qeyd olundu. 
								
								Tədbirdə çıxış edən rektor, akademik İsa 
								Həbibbəyli  yubilyarla bağlı xatirələrini 
								bölüşdü, Araz müəllimin gözəl, yenilikçi  insan 
								və əməkdaş kimi  universitet həyatının 
								təsərrüfat sahəsindəki   yorulmaz, fədakar və 
								əzmkar fəaliyyətindən söz açdı. Yubilyara ali 
								məktəb həyatındakı   misilsiz  xidmətlərinə görə   
								universitet  rəhbərliyi tərəfindən Fəxri fərman 
								və xatirə hədiyyələri təqdim olundu.  
								
								Universitetin tərbiyə işləri üzrə prorektoru, 
								fəlsəfə elmləri doktoru Məmməd Rzayev yubilyarın 
								həyat və yaradıcılıq yolu haqqında  ətraflı 
								məlumat verdi. Yubilyarın əməyi dövlət 
								tərəfindən yüksək qiymətləndirilib. O, 
								Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə 
								görə Azərbaycan Respublikası  Prezidentinin 16 
								oktyabr 2007-ci il  tarixli sərəncamına əsasən "Tərəqqi" 
								medalı ilə təltif olunub. 
								
								Yubiley mərasimində  AMEA-nın Naxçıvan  
								bölməsinin sədri, akademik  İsmayıl  Hacıyev,  
								memarlıq və  mühəndislik  fakültəsinin  dekanı, 
								fizika-riyaziyyat  elmləri namizədi, dosent 
								Mübariz Nuriyev, pedaqoji fakültənin dekanı, 
								pedaqoji elmlər namizədi, dosent İbrahim 
								Rüstəmov və başqaları  çıxış edərək yubilyara 
								səmimi təbriklərini çatdırdılar. 
								
								Sonda ürək  sözlərini  bölüşən  yubilyar  
								universitet rəhbərliyinə diqqət və qayğıya görə  
								minnətdarlığını ifadə etdi.  
								
								
								Nərmin CƏFƏROVA |