Martın 1-də Azərbaycan Müəllimlər İnstitutunda
Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş "Qəzalarda
səhiyyə" mövzusunda tədbir keçirildi. Tədbiri
giriş sözü ilə AMİ-nin rektoru, professor Aqiyə
Naxçıvanlı açaraq keçirilən tədbirin
əhəmiyyəti haqqında ətraflı məlumat verdi.
İnstitutun Mülki müdafiə, tibbi biliklərin
əsasları və fiziki tərbiyə kafedrasının müəllimi
Siyavuş Gözəlov "Qəzalarda səhiyyə" mövzusunda
məruzə ilə çıxış etdi. O, sülh və müharibə
dövründə yaranan fövqəladə hallar barədə ətraflı
məlumat verərək, bu zaman xilasedici və
yanğınsöndürən dəstələrin vəzifələri barədə
danışdı. Tələbələr tərəfindən bu hadisələr
praktik şəkildə göstərildi.
Sonra həmin kafedranın müəllimi Fatma Şəmiyeva
və başqalarının fövqəladə hallar zamanı
zərərçəkmişlərə ilk tibbi yaradımın necə
göstərilməsi barədə çıxışları maraqla
qarşılandı. |