Son illər təhsilin bütün pillələrində bir təhsil
alana düşən xərclər xeyli yüksəlib. Əgər 2008-ci
ildə məktəbəqədər təhsil müəssisələrində bir
təhsil alana 703 manat xərclənmişdisə, 2009-cu
ildə həmin xərc artaraq 884 manat olub.
Ümumtəhsil müəssisələrində isə həmin göstərici
müqayisə olunan illər üzrə müvafiq qaydada 420
və 577 manat təşkil edib. Texniki peşə təhsili
müəssisələrində oxuyan bir şagirdə çəkilən xərc
2008-ci ildə 943 manat olmuşdusa, 2009-cu ildə
bu rəqəm 1108 manat olub.
Orta ixtisas təhsili müəssisələrində də analoji
göstərici üzrə artım baş verib. Belə ki,
təhsilin bu pilləsi üzrə bir təhsil alana
2008-ci ildə 566, 2009-cu ildə isə 756 manat
xərc çəkilib. Ali təhsil müəssisələrində artım
xüsusilə diqqətçəkəndir. Son iki ildə ali təhsil
müəssisələrində bir təhsil alana düşən xərc 32
faizdən çox artaraq, 2008-ci ildəki 1592 manata
qarşı 2009-cu ildə 2102 manat olub.
Y.ƏLİYEV |