Böyük Britaniyanın Esseks Universiteti ilə
Azərbaycan Dillər Universiteti arasında
əməkdaşlıq üçün ilkin danışıqlar müvəffəqiyyətlə
başa çatıb. Bu məqsədlə Esseks Universitetinin
iki nümayəndəsi - dr. Helen Emeri və dr. Nilufər
Demirkan-Cons Azərbaycan Dillər Universitetində
olmuş, universitetin rektoru, professor Səməd
Seyidovla və professor-müəllim heyəti ilə
görüşmüşlər. Əldə olunmuş razılığa əsasən ADU-nun
ingilis dili fakültəsinin tələbələri Esseks və
Dillər Universitetləri arasında işlənib
hazırlanmış tədris proqramı əsasında təhsil
alacaqlar. Belə ki, tələbələr birinci və ikinci
kursları ADU-da, üçüncü və dördüncü kursları isə
Esseks Universitetində oxuyaraq hər iki
universitetin tanıdığı ikili diplom alacaqlar.
Şakir CƏFƏROV |