| 
								
								Naxçıvan Dövlət Universitetində 8 Mart 
								Beynəlxalq Qadınlar Günü münasibəti  ilə tədbir 
								keçirilmişdir. Tədbirdən əvvəl roman german 
								dilləri kafedrasının müəllimi Məhsəti 
								Əsgərovanın əl işlərindən ibarət sərgi ilə 
								tanışlıq olmuşdur. Tədbiri giriş sözü ilə 
								universitetin rektoru, akademik İsa Həbibbəyli 
								açmışdır. Qeyd olunmuşdur ki, bu gün 
								cəmiyyətimizin inkişafında qadınların rolu 
								əvəzsizdir. Humanizm,  insanpərvərlik Azərbaycan 
								qadınını daim səciyyələndirmişdir. Azərbaycan 
								qadını tarixin bütün mərhələlərində nəyə qadir 
								olduğunu sübuta yetirmişdir. 
								
								Rektor çıxışında vurğulamışdır ki, muxtar 
								respublikamızda da bütün sahələrdə qadınlar 
								fəallıq göstərirlər. İstər elm, mədəniyyət, 
								istərsə də səhiyyə ocaqlarında öz vəzifələrinin 
								öhdəsindən uğurla gələn qadınlarımıza dövlətimiz 
								tərəfindən daim diqqət və qayğı göstərilir. 
								Eləcə də universitetimizin qadın müəllimləri 
								elmin, təhsilin inkişafı və tərəqqisi üçün 
								əllərindən gələni əsirgəmirlər. 
								
								Sonra İngilis dili kafedrasının müdiri, 
								filologiya elmləri namizədi Ceyran Quliyeva 
								məruzə etmişdir. Məruzədə Beynəlxalq Qadınlar 
								Gününün yaranma tarixindən, Azərbaycanın 
								ictimai-siyasi, sosial həyatında qadınların 
								aparıcı mövqeyindən, universitetin çoxsaylı 
								qadın kollektivinin bugünkü uğurlarından ətraflı 
								bəhs olunmuşdur.  
								
								Tədbirin sonunda isə universitetin Vokal və 
								dirijorluq kafedrasının müdiri, Naxçıvan Muxtar 
								Respublikasının əməkdar artisti Validə 
								Hüseynovanın rəhbərlik etdiyi xarici 
								tələbələrdən ibarət vokal qruplarının  hesabat 
								konserti olmuşdur. Universitet tarixində 
								əlamətdar olan ilk beynəlmiləl konsertdə 
								nigeriyalı, koreyalı, banqladeşli, türkiyəli, 
								iranlı tələbələrin ifasında müxtəlif millətlərin 
								xalq mahnıları qadınlarımız üçün əsl bayram 
								töhfəsi olmuşdur.    
								
								
								Leyla ZEYNALOVA 
 
								
								Naxçıvan Özəl Universitetində 8 Mart Beynəlxalq 
								Qadınlar Günü münasibətilə tədbir keçirildi. 
								Tədbiri giriş sözü ilə universitetin rektoru, 
								professor İsmayıl Əliyev açaraq qeyd etdi ki, 
								Azərbaycan tarixinin yarıməsrlik dövrü ümummilli 
								lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti 
								ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev 
								Azərbaycan qadınlarının vəziyyətinin 
								yaxşılaşdırılması sahəsində də yetkin dövlət 
								siyasətinin həyata keçirilməsini əsas aparıcı 
								istiqamətlərdən biri hesab etmiş, bu sahəyə 
								xüsusi diqqət və qayğı göstərmişdir. 
								
								Vurğulandı ki, Azərbaycan qadınının mərdliyi, 
								dözümlülüyü, səmimiyyəti, paklıq və sədaqəti, 
								vəfa və isməti ən ali dəyər kimi həmişə 
								qiymətləndirilib. Ümummilli liderimiz Azərbaycan 
								qadınları haqqında demişdir: "Mən bütün 
								fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, 
								onları özümün dayağı hesab etmişəm". 
								
								 Bu gün qadınlar cəmiyyətin idarə edilməsində, 
								dövlət əhəmiyyətli işlərdə xüsusi rola 
								malikdirlər.  
								
								Naxçıvan Özəl Universitetinin rektoru, 
								professor  İsmayıl Əliyev bir daha qadınları 
								təbrik etdi, onlara gələcək işlərində uğurlar 
								arzuladı.  
								
								Mina QASIMOVA |