Ölkə
başçısının idmana göstərdiyi diqqət və
qayğının nəticəsidir ki, bu gün yeniyetmələrin
və gənclərin böyük əksəriyyəti idmanla məşğul
olur, sağlam həyat tərzi keçirirlər. Əlbəttə,
bu, çox sevindiricidir. Belə yeniyetmələrdən
biri də Bakıdakı 258 nömrəli orta məktəbin
11-ci sinif şagirdi Tural Ağazadədir. O, idmanın
karate növü ilə məşğul olur. Hələ uşaq
yaşlarından idmana maraq göstərən Tural 12
yaşında ölkəmizdə idman cəmiyyətləri arasında
keçirilən yarışlarda uğurlar qazanaraq I yerə
çıxmışdır.
Tural 2009-cu il mayın 25-də "Kanazava"
kubokunda I yer, Gürcüstanın Batumi şəhərində
keçirilən "Prezident" kubokunda I yer, noyabr və
dekabr aylarında isə Bakı və respublika
birinciliklərində I yeri tutmuşdur. O, 2010-cu
ildə Bakıda keçirilən "Bakı Open" beynəlxalq
turnirində qələbə qazanaraq həmin ilin
sentyabrında İtaliyanın Venesiya şəhərində
keçirilən Avropa çempionatına vəsiqə qazanmış və
həmin turnirdə komanda və şəxsi döyüşlərdə də
qələbə qazanaraq I yeri tutmuşdur.
Rəşad ZİYADOV |