...Professor auditoriyaya sual verdi:
- Mövcud olan hər şeyi Allah yaradıb?
Tələbələrdən biri cəsarətlə cavab verdi:
- Bəli, Allah yaradıb.
- Hər şeyi Allah yaradıb? - professor təkrar
soruşdu.
- Bəli, ser, - tələbə dediyini təsdiq etdi.
- Əgər hər şeyi Allah yaradıbsa, deməli, Yer
üzündə mövcud olan pisliyi (şəri) də Allah
yaradıb.
Belə bir cavab eşidən tələbə susdu. Professor
özündən çox razı qaldı. O, Allahın varlığı
haqqında inancın əfsanə olduğunu bir daha "sübut
etdiyi" üçün tələbələrin önündə qürurlandı.
Başqa bir tələbə əlini qaldırdı:
- Professor, sizə sual vermək olar?
- Əlbəttə, - professor cavab verdi.
Tələbə ayağa qalxaraq soruşdu:
- Professor, soyuq mövcuddur?
- Bu necə sualdır? Əlbəttə, mövcuddur. Sənə heç
vaxt soyuq olmayıb?
Tələbələr gülüşdülər. Oğlan cavab verdi:
- Həqiqətdə isə, ser, soyuq mövcud deyil.
Fizikanın qanunlarına görə, bizim qəbul
etdiyimiz "soyuq" anlayışı əslində istiliyin
olmamasıdır. İnsan və ya cism enerjiyə sahib
olduğu, yaxud özündən ətrafa enerji yaydığı
halda öyrənilə bilər. Mütləq sıfır dərəcə - 273o
S istiliyin tamamilə olmamasıdır. Bütün maddələr
belə bir temperaturda hərəkətsiz (donmuş)
vəziyyətə gəlir və reaksiya vermək qabiliyyətini
itirir. Soyuq yoxdur. Biz bu anlayışdan
istiliyin olmadığını ifadə etmək üçün istifadə
edirik.
Tələbə davam etdi:
- Professor, qaranlıq necə, mövcuddur?
- Əlbəttə, mövcuddur.
- Siz yenə də səhv edirsiniz, ser. Qaranlıq da
mövcud deyil. Qaranlıq əslində işığın
olmamasıdır. Biz işığı öyrənə bilərik, qaranlığı
isə yox. Nyutonun prizmasından istifadə etməklə,
ağ işığı çoxlu sayda rənglərə bölmək və hər bir
rəngin fərqli dalğa uzunluqlarını öyrənmək
mümkündür. Siz qaranlığı ölçə bilməzsiniz. Adi
işıq şüası qaranlıq mühitə düşərək oranı
işıqlandıra bilər. Siz hər hansı məkanın nə
qədər qaranlıq olduğunu necə müəyyənləşdirə
bilərsiniz? Təbii ki, mövcud olan işığın
kütləsini ölçməklə. Elə deyilmi? Qaranlıq insan
tərəfindən işığın olmadığını ifadə etmək üçün
işlədilən anlayışdır.
Nəhayət, gənc oğlan professordan soruşdu:
- Ser, pislik mövcuddur?
Bu dəfə professor tərəddüdlə cavab verdi:
- Əlbəttə, bayaq dediyim kimi, biz hər gün
onunla qarşılaşırıq. Dünyada mövcud olan
insanlar arasındakı ixtilaflar, çoxlu cinayətlər
və zorakılıqlar... bütün bunlar pislikdən başqa
bir şey deyil.
Tələbə isə belə cavab verdi:
- Qaranlıq və soyuq anlayışlarına oxşar olaraq
pislik də yoxdur, ser, yaxud ən azından o,
özü-özündə mövcud deyil. Pislik işıq və istilik
kimi mövcud olan inanc və ya sevgi deyildir.
Pislik insan qəlbində Allah sevgisinin
olmamasının nəticəsidir. Bu, istinin olmadığı
halda soyuğun, işığın olmadığı halda isə
qaranlığın olmasına bənzəyir.
Məntiqi izahı ilə professoru mat qoyan bu tələbə
Albert Eynşteyn idi...
Təqdim edən:
Abdulla MUQDƏTOĞLU |