Oktyabrın 9-da Azərbaycan Texniki
Universitetində "İnsan alverinə qarşı mübarizə"
mövzusuna həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin baş məsləhətçisi
Eldar Əlizadə, Daxili İşlər Nazirliyi İnsan
Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə
rəisi, polis polkovnik-leytenantı Fuad Əliyev,
Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin
müdiri Sərxan Aktoprak, Təmiz Dünya
Qeyri-Hökumət Təşkilatının prezidenti Mehriban
Zeynalova, ATU-nun professor- müəllim heyətinin
üzvləri və tələbələr iştirak edirdilər.
ATU-nun tərbiyə işləri üzrə prorektoru İsa
Xəlilov "İnsan alverinə qarşı mübarizə"
mövzusunda məruzəsində gənclərimizi ayıq-sayıq
olmağa, istismara məruz qalmamağa, bu təhlükədən
uzaq olmağa çağırdı.
Sonra çıxış edənlər insan alverinə qarşı
mübarizənin günün vacib tələbi olduğunu diqqətə
çatdırdılar. Qeyd etdilər ki, insan alverinin
törətdiyi fəsadlardan insanları xilas etmək
lazımdır. Diqqətə çatdırıldı ki, artıq 17 ali
təhsil müəssisəsində bu istiqamətdə
maarifləndirmə işləri aparılıb. Qeyd edildi ki,
insan alveri ilə mübarizə bütün ictimaiyyəti
düşündürməli və hamı buna qarşı mübarizə
aparmalıdır.
Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı
sualları qonaqlar tərəfindən cavablandırıldı.
Sifai SƏFƏROVA |