| 
								
								RF-in Komi Respublikasında ən yaxşı şagirdləri 
								və müəllimləri həvəsləndirmək üçün respublika 
								kiçik Nobel mükafatı təsis olunub. 
								
								Yüksək mükafata dəqiq elmlər, təbiət elmləri və 
								dilçiliyin öyrənilməsində, habelə yaradıcılıqda 
								və idmanda uğurlar qazanan yuxarı sinif 
								şagirdləri iddia edə bilərlər. Layihəni təkcə 
								yerli hakimiyyət orqanları deyil, Nobel 
								mükafatının təsisçisi Alfred Nobelin birbaşa 
								varisi Qustav da dəstəkləyib. Cənab Nobel hətta 
								mükafatın təşkilat komitəsinə məktub da göndərib 
								və ümidvar olduğunu bildirib ki, mükafat faydalı 
								olacaq,onunla ancaq istedadlı şagird və 
								müəllimlər öz çalışmalarına görə təltif 
								olunacaqlar.  
								
								Mükafatı almaq üçün müsabiqə artıq sentyabr 
								ayında başlanıb, ona 2010-cu ilin dekabrında 
								yekun vurulacaq. Kiçik Nobel mükafatının 
								laureatlarını müəyyənləşdirmək tərkibinə yerli 
								təhsil orqanlarının rəhbərləri, tanınmış 
								siyasətçi və ictimai xadimlərin, habelə 
								qubernatorun daxil olduğu təşkilat komitəsinə 
								etibar olunub. 
								
								
								Hazırladı: Y.ƏLİYEV |