| 
								
								 Bu 
								günlərdə tanınmış şair Ağacəfər Həsənli 
								Mədəniyyət və Turizm Nazirliyinin xəttilə 
								Türkiyədə yaradıcılıq ezamiyyətində olmuşdur. 
								
								Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Ankara 
								Bələdiyyəsi ilə birgə həyata keçirdiyi "Böyük 
								Kültür Sənət Yarışması"nda iştirak edən şair, 
								xüsusi mükafata layiq görülmüşdür. Nəzərə 
								çatdıraq ki, mükafat alanlar arasında Ağacəfər 
								Həsənli yeganə şair iştirakçı olub. 
								
								A.Həsənli Tarsus şəhərində keçirilən "IX 
								Uluslararası Qaracaoğlan Şəlalə Şer Axşamları" 
								festivalında da iştirak etmişdir. Bu festival 
								ənənəvi olaraq yerli bələdiyyə sədri  
								Burhaneddin Koçamaz tərəfindən keçirilir. Yerli 
								yazarlar və türkdilli ölkələrdən gəlmiş 
								söz-sənət ustalarının qatıldığı tədbir 4 gün 
								davam etmişdir. Azərbaycan şairi Ağacəfər 
								Həsənli bu yarışmada da ölkəmizi layiqli təmsil 
								etmiş və "Qaracaoğlan" mükafatına layiq 
								görülmüşdür.  
								
								
								Niyazi RƏHİMOV |