Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - ¹40

 

Quba məzarlığı: faktlar, sənədlər

Bookmark and Share

1917-ci ildə Rusiyada baş vermiş Böyük Oktyabr Sosialist İnqilabının nəticəsində S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Böyük Britaniya hökumətindən bir milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi. Ötən yüzillikdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, talanlar artıq öz təsdiqini tapmışdı.

Təkcə tarixi faktlar və yazılı mənbələr deyil, həm də bilavasitə hadisələrin törədildiyi ünvanlar bu soyqırımların gerçəkliyinin danılmaz olduğuna heç kəsdə şübhə yeri qoymayıb. Özü də hadisələrin coğrafiyası yalnız ermənilərin məskunlaşdığı əraziləri deyil, Azərbaycanın əksər bölgələrini əhatə edir. Belə ki, Qarabağda, Zəngəzurda, Qubada, Şuşada, Göyçayda, Şamaxıda, Gəncədə, Lənkəranda, Naxçıvanda, Neftçalada və digər ərazilərdə baş vermiş hadisələr, törədilən qətliamlar tarixi fakt olmaqla artıq öz təsdiqini çoxdan tapıbdır.

2007-ci ilin aprel ayında Quba şəhərinin şimal-qərb hissəsində, yəni Qudyalçayın sağ sahilində yerləşən stadionun yaxınlığında yenidənqurma işləri aparılarkən kütləvi məzarlıq aşkar edildi. Üstü açılan bu mənzərə hər kəsi dəhşətə gətirdi. Dərhal Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verildi. İnstitutun əməkdaşları Qəhrəman Ağayev və Əsgər Əliyev Quba rayonuna ezam edildilər. Onların araşdırmaları tezliklə böyük bir cinayətin üstünü açdı. Aparılan tədqiqatlar göstərdi ki, burada kütləvi qırğın törədilmişdir. 500 kvadrat metr ərazini əhatə edən, dərinliyi 4 və 5 metr olan iki quyudan ibarət bu məzarlıqda ilk dəfə 55 insanın cəsədi ortaya çıxdı. Bu cəsədlərin 24-ü 8-14 yaşlı uşağa aid idi. 23 cəsədin isə qadınlara məxsus olduğu dəqiqləşdirildi.

Aparılan tədqiqatlar zamanı məlum oldu ki, 1918-ci ilin may ayında Bakıda törədilən qırğınlarla yanaşı, bolşeviklərin lideri S.Şaumyanın tapşırığı ilə erməni generalı Amazaspın komandanlığı altında Qubaya xüsusi cəza dəstəsi göndərilib. Həmin dəstə Quba şəhərində 2000-dən artıq günahsız insanı qətlə yetirmişdir. Diri-diri torpağa basdırılan bu insanların günahı yalnız müsəlman, azərbaycanlı olmaları idi.

Qubada tapılan kütləvi məzarlıq indi yalançı erməni soyqırımı barəsində təbliğat aparan ermənilərin həyasızlığını, yalanlarını ifşa edən danılmaz faktlardandır. Ötən ilin sentyabr ayının 18-də Qubaya səfər etmiş ölkə Prezidenti İlham Əliyev cənabları həmin məzarlığın yerləşdiyi ərazini ziyarət etmiş və burada muzey kompleksinin tikilməsi barədə göstərişlər vermişdi. Artıq bu istiqamətdə addımlar atılır. Tarixin bir acı həqiqətini də Azərbaycana səfər edən turistlərin, tarixçilərin, bütövlükdə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün gərəkli işlər görülür. Zaman nə qədər dəyişir dəyişsin, həqiqəti gizlətmək mümkün deyil. Belə ki, ermənilər də öz cinayətlərini gizlədə bilmədilər. Quba məzarlığı onları bir daha ifşa etdi.

Tarixi mənbələrdən, həmin dövrün sənədlərindən məlum olur ki, erməni vəhşiliyi və vandalizmi bolşevizmin böyük dəstəyi nəticəsində milli mənəvi dəyərlərimizə ağır zərbə vurmuş, respublikamızın gələcək inkişafını ləngitmişdir. İnsanlarda böyük qorxu yaradan bu vəhşilik haqqında həmin dövrdə Qafqaz İslam Ordusunun əsgərinin qeydlərində yazılmışdır: 

"Ermənilər bu ətrafdakı bütün müsəlman kəndlərini yandırmış, əhalisini qətl və məhv etmişdir. Bu kənd həmd olsun, özünü qurtarmışdır. Burada ermənilər kişi deyiləcək heç kimi saxlamamışlar. Hamısını samanlıqlara dolduraraq məhv etmişdir. Bununla yanaşı, bütün mal-qara və inəkləri güllələmişlər. Minlərlə mal-qara leşləri vardır. Bu qətliamı görəndə qan ağlamamaq mümkün deyil. Unudulmayacaq günlərdir. Vay, zavallı müsəlmanlar (...) Müsəlmanları məhv etmək və şərqdə bir erməni hökuməti təşkil etmək qayəsi ilə məmləkətimizdə çalışan və hər gün ixtilal (iğtişaş) çıxaran ermənilərin müsəlmanlara nə qədər faciəli zülmlər etdikləri və neçə-neçə müsəlman kənd və qəsəbələrini məhv etdikləri məlumdur.  Edilən faciəli zülmlər təsəvvür edilməz bir dərəcədədir. Bir çox müsəlman uşaqların kəllələrini kəsərək.., bir çox insanların ciyərlərini çıxararaq divarlara mıxla vurmuş, bir çox bədəni, əlləri, kəllələri divarlardan asmışlar. Artıq ermənilərin müsəlmanlara etdikləri zülmlər haqqında uzun-uzadı yazmağa lüzum görmürəm. Şərq vilayətlərimizdə olan müsəlman qardaşlarımız, kəndlilərimiz, qəsəbəlilərimiz bu böyük zülmlərə şahiddir. Bunun üçün müsəlmanlar bu faciəni əbədi olaraq unutmamalıdır".

Belə mənbələrdən biri də 7 may 1918-ci ildə Bakıya gələn Brandner adlı alman casusunun raportlarıdır. Həmin raportların birində ermənilərin Bakıda və ətraf ərazilərdə törətdiyi qətliamlar haqqında aşağıdakı məlumatlar vardır: "Bakı və onun ətrafında olan əyalətlər 3 apreldən etibarən bolşeviklərin əlindədir. Azərilərin Tiflislə əlaqəsi tam kəsilmiş vəziyyətdə 400-500 nəfərlik nizami birlikləri var. Əksinə, ermənilərin yanvar ayından bəri bir, bolşeviklərin də iki yarım alay əsgəri vardı. Qətliam 31 mart günü başladı və 3 aprel günü qurtardı. Təxminən 12 min nəfər öldü. Bəzi evlər yandırıldı, bəzi evlər də top atəşləri nəticəsində yox edildi. Əlimdə ermənilərin qətliam törətdiklərini sənədləşdirən bəzi fotolar var. Burada bir azəri soyqırımından söhbət gedə bilər. Qaça bilməyən azərilər evlərində ermənilər tərəfindən öldürüldülər. Ermənilər hamilə ananın qarnındakı dölləri deşib çıxarmışlar. Uşaqlar da bu qətliamlarda nəsibini almışdır. Bu qətliama görə, ruslarla ermənilər arasında bir soyuqluq olduğu nəzərə çarpır...".

Bəli, hələ əsrin əvvəllərində erməni-bolşevik birləşmələrinin Azərbaycanda apardığı soyqırımı siyasəti bir çox xalqların nümayəndələri tərəfindən nəzərə çatdırılsa da, sonralar sovet imperializmi bu vəhşiliklərin üstünü ört-basdır etmiş, dünya ictimaiyyətindən gizlətmişdir. Lakin zaman həmişə olduğu kimi, bu gün də gerçəkliklərin üzünü açmış, ermənilərin törətdikləri vəhşiliyin bağlı qalmasına şərait yaratmamışdır. Bu gün Quba məzarlığında tapılan cəsədlər bunu bir daha sübut edir. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - ¹40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov