Rusiyada əsas ixtisaslaşmaları nanotexnologiya
olacaq məktəb şəbəkəsi meydana gəlir. Bundan
başqa, arzu edən hər kəs görkəmli alimlərin
mühazirələrinə qulaq asmaqla nano aləmlə
ünsiyyətə girə bilər. Tenderdə qalib gələn
"İştirak" təlim mərkəzi 2011-ci ilədək
nanoməktəb şəbəkəsi yaratmağı planlaşdırır. Bu
məqsədlə sifarişçi - "Rosnano" 28 milyon rubl
xərcləməyi nəzərdə tutur. Artıq bu il sentyabrın
əvvəlindən "Rosnano" "Nanotexnologiya aləmi"
adlı məktəblilər üçün 21 elmi-kütləvi
mühazirədən ibarət kurs buraxır. Nanotexnologiya
üzrə mühazirələr Moskvada, Permdə, Belqorodda,
Kazanda, Petrozavodskda və Yekaterinburqda,
habelə digər iri region mərkəzlərində oxunacaq.
Bundan başqa, mühazirənin keçirildiyi vaxtda
Arxangelsk, Yekaterinburq, Kazan, Krasnoyarsk,
Novosibirsk, Stavropol, Ryazan və Permlə
ikitərəfli video konfrans bağlantısı
yaradılacaq. Mühazirələr oktyabrın sonunadək
davam edəcək, bundan sonra onların mətni ümumi
istifadə üçün açıq olacaq.
Hazırladı: Y.ƏLİYEV |