Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - ¹40

 

Şərəfli pedaqoq-alim ömrü

Bookmark and Share

70 illik ömrünün 46 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə öz pedaqoji ustalığını daim təkmilləşdirmək, adi məktəb müəllimindən tanınmış alim-pedaqoqa çevrilmək, kimya müəllimlərinin və təlim verdiyi on minlərlə digər insanların sevimlisi olmaq həqiqətən də böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü.

Belə ömür yaşamışdır Akif müəllim. Şərəfli pedaqoq ömrünü o, indi də davam etdirir: yazır, yaradır, müəllimlərin, elmi işçilərin daim köməyinə gəlir, tədris və təlimdə yenilikləri, pedaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olur.

Akif Hümbət oğlu Əliyev orta təhsilini 1957-ci ildə başa vurduqdan sonra həmin ildə də sənədlərini Azərbaycan Dövlət Universitetinə(indiki BDU) verdi və böyük maraq göstərdiyi kimyaçı peşəsinə yiyələndi.

Orta məktəbdə fizika, kimya və biologiya dərslərində aparılan möcüzələrlə dolu maraqlı təcrübələr, cəlbedici elmi söhbətlər təbiətin sirlərini öyrənməyə böyük maraq göstərən gənc Akifi məftun etmişdi. O, gənc yaşlarından ətraf aləmdə rastlaşdığı bütün qeyri-adi dəyişiklikləri müşahidə etməyi, onların ilk baxışdan anlaşılmaz görünən səbəblərini açmağı çox sevərdi. Buna görə də onun təbiət fənlərinə hələ uşaqlıq illərindən xüsusi marağı vardı. O, həmçinin dil-ədəbiyyat fənlərinə də dərin maraq göstərirdi. Orta məktəbin sonuncu sinfində yeniyetmə Akif Azərbaycan və rus dillərində olan bədii ədəbiyyatın əksəriyyətini mütaliə etmişdi, rus dilində sərbəst danışır, alman və gürcü dillərini lüğətlə tərcümə edirdi.

Söhbət zamanı Akif müəllim bildirdi ki, məktəb illərində kimya-biologiya ixtisaslı Mehralı müəllimin əyləncəli təcrübələrlə dolu kimya dərsləri olmasaydı, yəqin ki, mən filologiya ixtisasını seçərdim, çünki ədəbiyyatı, dilləri çox sevirdim.

Tələbəlik dövrü başa çatdıqdan sonra A.Əliyev 1962-1964-cü illərdə aspirant həyatını yaşayırdı. O, iki il yarım universitetin (indiki BDU) Analitik kimya kafedrasının aspirantı kimi elmi tədqiqat işi aparır. Lakin səhhəti ilə bağlı Akif müəllim elmi tədqiqat işinə fasilə vermişdir, əvvəlcə müalicə üçün möhlət götürmüş, 1964-cü ildən isə öz doğma kəndi Aşağı Qoşakilsədə müəllimlik fəaliyyətinə başlamışdır. Sonra o, pedaqoji fəaliyyətini Kürdəmir rayonundakı Muradxan kəndində, Bakı şəhərindəki respublika kimya-biologiya təmayüllü orta məktəbdə və Suraxanı rayonundakı 275 nömrəli orta məktəbdə davam etdirmişdir. Pedaqoji  fəaliyyətinin ilk günlərindən Akif müəllim kimyanı şagirdlərə sevdirməyi bacarırdı. Tədrisə ciddi yanaşmağı, fənnini yaxşı bilməyi, dərslərində kimyəvi təcrübələrdən mümkün qədər çox istifadə etməyi buna nail olmağa imkan verirdi. Odur ki, Akif müəllimin dərs dediyi yüzlərlə məzun keçmiş SSRİ-nin müxtəlif şəhərlərində kimya profilli ixtisaslara yiyələnmiş və hazırda kimyaçı-mühəndis, kimyaçı-texnoloq, həkim, kimya müəllimi kimi fəaliyyət göstərir. Onun yetirmələrindən altı nəfəri alimlik dərəcəsi almışdır.

A.Əliyev qabaqcıl müəllim kimi "Azərbaycan SSR-in maarif əlaçısı" adını almış, dəfələrlə  şagirdləri respublika fənn olimpiadasının qalibi olan müəllim kimi fəxri diplomlarla təltif edilmişdir.

1978-ci ildən o, irəli çəkilərək Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun (indiki AMİ) kimya tədris-metodika kabinetinin müdiri vəzifəsinə təyin edilmişdir. Burada işlədiyi müddətdə Akif müəllim respublikanın müxtəlif bölgələrindən olan kimya müəllimlərinin ixtisasının artırılması məsələləri (müəllimlərin müxtəlif müddətli ixtisasartırma kurslarından keçirilməsi, yerlərdə metodik mərkəzlərin və fənn birləşmələrinin işinin təşkili, qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi, müəllimlər üçün müxtəlif mövzuda tövsiyələrin və göstərişlərin hazırlanması və s.) ilə məşğul olmuşdur. A.Əliyev bu məzmunda fəaliyyətini 90-cı illərdə yaradılan Respublika Metodik Mərkəzində də davam etdirmişdir. Eyni zamanda o, onlarca metodik məqalə işləyərək "Kimya və biologiyanın tədrisi" respublika metodik məcmuəsində və "Ximiya v şkole" ümumittifaq miqyaslı metodik jurnalda çap etdirmişdir. Onun 80-ci illərdə "Ximiya v şkole" jurnalında çap olunan  "Razvitie ximiçeskoy nauki i promışlennosti v Azerbaydjane" və "Bolşoy trujennik i umelıy pedaqoq" (Sosialist Əməyi   Qəhrəmanı M.Quliyevin  fəaliyyəti barədə)  adlı məqalələri o dövrdə xüsusilə diqqəti cəlb etmişdir.

A.Əliyev pedaqoji fəaliyyətində kimyanın tədrisinə, kimya müəllimlərinə praktiki köməyi dəyən metodik məqalələr, tövsiyələr, göstərişlər və kitabçalar hazırlamaqla yanaşı, eyni vaxtda irimiqyaslı elmi-pedaqoji tədqiqatlar apararaq, böyük həcmdə dərs vəsaiti və metodik vəsaitlər işləmiş və müxtəlif səviyyəli tədris proqramları tərtib etmişdir.

O, XX əsrin 80-ci illərində Azərbaycanın qiymətli təbii sərvəti olan neftin orta məktəblərdə daha geniş öyrədilməsi üçün "Neft emalının texnologiyası" fakültativ kursunun məzmunu və tədrisi metodikasına aid elmi-metodik tədqiqat üzərində işləyir, 1986-cı ildə bu mövzuda Moskva Dövlət Pedaqoji İnstitutunda namizədlik dissertasiyası müdafiə edir. Onun hazırladığı "Neft emalının texnologiyası" üzrə fakültativ kursun  proqramı (Bakı, 1980, Azərbaycan və rus dillərində) indiyədək məktəblərdə tətbiq olunur. Bundan başqa, A.Əliyev ümumtəhsil məktəbləri üçün kimya proqramı (Bakı, 1999, 35 səh.), ümumtəhsil məktəblərinin  VIII-XI sinifləri üçün kimya proqramı  (Bakı, 22 səh.) müəlliflərindən biridir.

Onun müstəqillik dövründə təhsilin yenidən qurulması tələblərinə cavab verən və kimya müəllimlərinin stolüstü vəsaiti kimi istifadə olunan kitabları - "Kimya-ekologiya"dərs vəsaiti (Bakı, 1997, 84 səh.); "Ximiya -ekologiya" rus dilində (Bakı, 1997, 81 səh.); "Kimyadan məsələlər, çalışmalar və testlər" professor O.Əkbərovla birlikdə, dərs vəsaiti (Bakı, "Nərgiz", 2001, 188 səh.); "8-ci sinifdə kimyanın tədrisi" (müəllimlər üçün vəsait, Bakı, 2004, 136 səh.); "9-cu  sinifdə kimyanın tədrisi" (yeni pedaqoji texnologiyalardan istifadə. Orta məktəb müəllimləri üçün vəsait. Bakı, 2006, 240 səh.); "Müasir pedaqoji texnologiyalar və kimyanın tədrisində onlardan istifadənin metodikası" (monoqrafiya, Bakı, 2009, 256 səh.) indi də gündəlik fəaliyyətlərində müəllimlərin köməyinə çatır.

A.Əliyev öz pedaqoji fəaliyyətində müəllimlərlə işləyən metodistləri də unutmur. Onun hazırladığı: "Məktəb islahatı dövründə kimya müəllimləri ilə iş aparan metodistlərin vəzifələri (metodik tövsiyə)". Bakı, 1987 və "Məktəbdə kimyanın təlimini səmərəli təşkil edək (metodistlər və inspektorlara kömək üçün)". Bakı, 1999. - kitabçalar təhsil şöbəsi (idarəsi) metodistləri üçün  istiqamətverici faydalı vasitələrdir. O, eyni zamanda uzun illərdir ki, respublika kimya olimpiadasının məsul katibi kimi ictimai vəzifə aparır, gələcək istedadlı kimyaçıların yetişməsində müəllimlərə yaxından köməklik göstərir.

Son illərdə Akif müəllim metodik xidmət və elmi-pedaqoji tədqiqat işlərini XXI əsrin tələbləri və  özəllikləri səviyyəsində qurmağa çalışır. O, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi üzrə Ümumi orta və tam orta təhsilin kurikulumu şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı ciddi elmi-pedaqoji fəaliyyətlə də məşğul olur. Ümumtəhsil məktəbləri üçün Milli Kurikulum və fənn kurikulumları sənədlərinin hazırlanmasında onun böyük əməyi vardır. Bu işlərdə o, həm təşkilatçı, həm də fənn kurikulumlarının məzmununun tələb olunan keyfiyyətə gətirilməsində tədqiqatçı kimi yaxından iştirak edir.

A.Əliyev son 10 ildə ciddi elmi tədqiqat işi ilə də məşğul olmuşdur: respublikanın müxtəlif bölgələrində, Bakı və Sumqayıt şəhərlərində 24 qabaqcıl kimya müəlliminin iş təcrübəsini öyrənmiş, onların pedaqoji innovasiyalardan istifadə səviyyəsini müəyyənləşdirmiş və "Orta məktəb kimya kursunun tədrisində yeni pedaqoji texnologiyalardan istifadənin sistemi" mövzusunda doktorluq dissertasiyasını işləmiş, hazırladığı metodika əsasında 11 məktəbdə pedaqoji eksperiment qoymuş,  nəticələrini təhlil edərək ümumiləşdirmişdir.

Akif müəllim həm də xoşbəxt ata və qayğıkeş ailə başçısıdır, övladları ali təhsilli müəllim və həkimdir, böyük qızı psixologiya üzrə fəlsəfə doktorudur, üç nəvəsi ali məktəb tələbəsidir.

Yaşının ahıl vaxtına baxmayaraq, Akif müəllimin elmi yaradıcılıq həvəsi indi də yüksələn xətt üzrədir. Uzun illər belə görək Səni əziz həmkarımız! 

M.ABBASOV,
pedaqoji elmlər doktoru,

M.FƏRƏCOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - ¹40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov