Azərbaycan Dövlət Pedaqoji Kollecində "Milli
mənəvi dəyərlərimizi dünyaya tanıdanlar"
silsiləsindən növbəti görüş keçirilmişdir.
Görüşün budəfəki qonağı Miniatür kitab muzeyinin
direktoru Zərifə Salahova olmuşdur.
Kollecin direktoru Nurlana Əliyeva bidirmişdir
ki, ölkəmizin ictimai-siyasi həyatında fəal
iştirak edən ziyalı qadınlarımızdan biri olan
Zərifə Salahova xalqımızın milli mənəvi
dəyərlərinin dünyaya tanıdılmasında, kitab
mədəniyyətimizin inkişafında xeyli iş görmüşdür.
Ona görə də bugünkü tələbə-gənclərin zəngin
ictimai fəaliyyətə və təcrübəyə malik Zərifə
Salahovadan öyrənəcəyi çox şey vardır.
Digər çıxış edən natiqlər də Zərifə Salahovanın
səmərəli əmək fəaliyyətindən danışmışlar. Qeyd
olunmuşdur ki, onun rəhbərlik etdiyi Miniatür
kitab muzeyi milli mənəvi dəyərlərimizin
təbliğində xüsusi yer tutur.
Tədbirdə tələbələrin iştirakı ilə ədəbi-bədii
kompozisiya nümayiş etdirilmişdir.
Sonda Zərifə Salahova 50 il qabaq tələbəsi
olduğu kollecdə ona göstərilən hörmət və
ehtirama görə tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirmiş,
tələbələri maraqlandıran sualları
cavablandırmışdır.
AzərTAc |