Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarının nəticələri kəmiyyət və keyfiyyət
göstəricilərinə görə araşdırılıb və bu nömrədən
başlayaraq respublikanın bölgələrinin tam orta
təhsil səviyyəsi üzrə nəticələri, bu nəticələrin
keçən dərs ili ilə müqayisəli təhlili, keyfiyyət
və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı
vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə
səviyyəsi dərc olunaraq, geniş ictimaiyyətə
çatdırılacaqdır. Bu nömrədə biz Ağstafa
rayonunun nəticələri haqqında məlumat veririk.
Məqalənin həcminin yol verdiyi səviyyədə əsasən
dörd məktəbin göstəricilərini diqqətə
çatdırırıq, qeyd edək ki, bütün rayonun
məktəbləri haqqında ətraflı məlumat təhsil
şöbəsinə təqdim ediləcək.
2010-cu ildə rayonun 34 tam orta ümumtəhsil
məktəbini 974 şagird bitirib, onların 947-si
(97,23%) buraxılış imtahanlarında iştirak edib
və 768 nəfəri (81,10%) yekun nəticəyə görə
attestat alıb. Buraxılış imtahanlarında iştirak
edən 947 şagirddən 480-i oğlan, 467-si isə
qızdır. Şagirdlərin 921-i Azərbaycan bölməsinin,
26 nəfəri isə rus bölməsinin şagirdidir. Bir
nəfər şagird (Qarayazı Xəz-Dəri kənd orta
məktəbi, kodu 4991850221) səkkiz fənnin
hamısından əla qiymət almışdır. Üç nəfər şagird
(Köçəskər,Tatlı və Sadıxlı kəndlərindən, kodları
9448922047, 0883104050, 3250084739) isə bütün
fənlərdən "2" qiymət almışdır. Ağstafa rayonunun
səkkiz fənn üzrə göstəricilərinin respublika
üzrə göstəricilərlə müqayisəsi aşağıdakı
diaqramdan aydın görünür. Göründüyü kimi, ana
dili və fizika fənləri üzrə göstəricilər
respublika göstəricilərindən yuxarı, Azərbaycan
tarixi və riyaziyyat fənlərindən göstəricilər
isə respublika göstəricilərindən aşağıdır.
2008-2009 və 2009-2010-cu dərs illərində
mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış
imtahanlarının səkkiz fənn üzrə rayonun
keyfiyyət göstəricilərinin müqayisəli təhlili
aşağıdakı diaqramda verilmişdir. Qrafikdən
göründüyü kimi, fənlərin hamısı üzrə irəliləyiş
var. Ən çox artım isə ana dili, Azərbaycan
tarixi və riyaziyyat fənlərindəndir.
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
fənlər üzrə yekun göstəricilər
Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda
rayonda Azərbaycan tarixi, kimya və coğrafiya
fənlərinin digər fənlərə nisbətən daha yaxşı
tədris olunduğu müşahidə olunur. Məktəblərdə
fənlərin tədrisi vəziyyətini araşdırdıqda 34
məktəbin 80%-də doğrudan da yuxarıda sadalanan
fənlərin keyfiyyət göstəriciləri digər fənlərlə
müqayisədə yüksəkdir.
Ağstafa rayonu tam orta ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarının nəticələrinə görə
keyfiyyət və reytinq göstəricilərinin müqayisəli
təhlili aşağıdakı cədvəldə verilmişdir.
Cədvəldən göründüyü kimi, Qaçaq Kərəm kənd və
Ağstafa şəhər 2 nömrəli orta məktəbləri reytinq
cədvəlində uyğun olaraq, 7 və 12-ci yerləri
tutduqları halda, keyfiyyət cədvəlində həmin
məktəblər müvafiq olaraq 3 və 5-ci yerləri
tuturlar. Bu isə o deməkdir ki, həmin
məktəblərin şagirdləri daha çox suala düzgün
cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,
Ağstafa şəhər 3 nömrəli və Köçvəlli kənd orta
məktəbləri reytinq cədvəlində uyğun olaraq 4 və
8-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət
cədvəlində həmin məktəblər müvafiq olaraq 10 və
22-ci yerləri tuturlar.
Keyfiyyət göstəricisinə görə, məktəblərin
sıralanmasında ilk və son iki yeri tutan
məktəblərin göstəriciləri aşağıdakı kimidir:
Texniki humanitar təmayüllü liseydə 43 şagird
buraxılış imtahanlarında iştirak etmiş və orta
statistik şagird ana dilindən 15,77 suala
(63,07%), riyaziyyatdan 16,93 suala (67,72%),
Azərbaycan tarixindən 10,56 suala (70,39%),
fizikadan 5,33 suala (53,26%), kimyadan 6,79
suala (67,91%), biologiyadan 5,95 suala
(59,53%), coğrafiyadan 7,02 suala (70,23%),
xarici dildən isə 8,16 suala (54,42%) düzgün
cavab vermişdir.
Dağ Kəsəmən kənd 2 nömrəli orta məktəbindən 28
şagird buraxılış imtahanlarında iştirak etmiş və
orta statistik şagird ana dilindən 13,71 suala
(54,86%), riyaziyyatdan 14,64 suala (58,57%),
Azərbaycan tarixindən 9,32 suala (62,14%),
fizikadan 4,68 suala (46,79%), kimyadan 6,71
suala (67,14%), biologiyadan 5,82 suala
(58,21%), coğrafiyadan 6,18 suala (61,79%),
xarici dildən isə 7,89 suala (52,62%) düzgün
cavab vermişdir.
Tatlı kənd orta məktəbində 18 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik
şagird ana dilindən 7,94 suala (31,78%),
riyaziyyatdan 9,72 suala (38,89%), Azərbaycan
tarixindən 5,72 suala (38,15%), fizikadan 3,83
suala (38,33%), kimyadan 4,17 suala (41,67%),
biologiyadan 4,00 suala (40,00%), coğrafiyadan
4,06 suala (40,56%), xarici dildən isə 4,44
suala (29,63%) düzgün cavab vermişdir.
Sadıxlı kənd orta məktəbində 36 şagird buraxılış
imtahanlarında iştirak etmiş və orta statistik
şagird ana dilindən 7,53 suala (30,11%),
riyaziyyatdan 8,75 suala (35,00%), Azərbaycan
tarixindən 5,08 suala (33,89%), fizikadan 3,33
suala (33,33%), kimyadan 3,92 suala (39,17%),
biologiyadan 3,17 suala (31,67%), coğrafiyadan
3,28 suala (32,78%), xarici dildən isə 4,31
suala (28,70%) düzgün cavab vermişdir.
Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon
göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı
qrafikdə daha aydın görünür.
Ağstafa rayonunun və texniki humanitar təmayüllü
liseyin səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
Ağstafa rayonunun və Dağ Kəsəmən kənd 2 nömrəli
orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
Ağstafa rayonunun və Tatlı kənd orta məktəbinin
səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin
müqayisəli təhlili
Ağstafa rayonunun və Sadıxlı kənd orta
məktəbinin səkkiz fənn üzrə keyfiyyət
göstəricilərinin müqayisəli təhlili
2008-2009-cu və 2009-2010-cu dərs illərində
buraxılış imtahanlarında fənlər üzrə müqayisəli
təhlil göstərir ki, Tatlı kənd orta məktəbində
ana dili fənnindən "2" qiymət alanların sayı
29,16% artmış, əksinə, "3" alanların sayı 12,5%,
"4" alanların sayı 9,72%, "5" alanların sayı isə
6,94% azalmışdır. Riyaziyyat fənnindən "2"
qiymət alanların sayı 6,95%, "3" alanların sayı
11,11% azalmış, "4" alanların sayı 25,00%
artmış, "5" alanların sayı isə əksinə, 6,94%
azalmışdır.
Ağstafa rayonu ümumtəhsil məktəblərində 8 fənnin
əlamətlər üzrə keyfiyyət göstəriciləri:
Cədvəldən göründüyü kimi, orta statistik şagird
rayon üzrə ana dili fənnindən sualların
43,78%-nə düzgün cavab vermişdir. Qızların
düzgün cavabları 47,58%, Azərbaycan bölməsinin
düzgün cavabları isə 43,86% olub rayon
göstəricisindən yuxarıdır. Əksinə, rus
bölməsinin və oğlanların göstəriciləri rayon
göstəricisindən aşağıdır. Cədvələ nəzər salsaq
bütün 8 fəndən qızların göstəricilərinin
oğlanların və rayonun göstəricilərindən daha
yaxşı olduğunu görərik. Bu, aşağıdakı diaqramdan
daha aydın görünür.
2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz
fənni qiymətlər üzrə müqayisə etdikdə bütün
fənlərdən "2" qiymət alanların faiz
göstəricilərinin aşağı düşdüyünü müşahidə
edirik. "2" qiymət alanların sayı Ana dilindən
0,3%, riyaziyyatdan 16,1%, Azərbaycan tarixindən
11,8%, fizikadan 12,6%, kimyadan 10,6%,
biologiyadan 10,8%, coğrafiyadan 14% və xarici
dildən 15,5% azalmışdır. Bu isə öz növbəsində
keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin
artmasına təsir etmişdir. 2008-2009-cu dərs
ilində 1086 şagirddən 1059 nəfəri imtahanlarda
iştirak etmiş və bunlardan 419-u, yəni 39,57%-i,
2009-2010-cu dərs ilində isə 974 şagirddən 947
nəfəri imtahanlarda iştirak etmiş və bunlardan
537-i, yəni 56,71%-i müvəffəqiyyət qazanmışdır.
Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə
görə də iki ilin müqayisəli təhlilini aparmaq
olar.
Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi
|