Azərbaycan Dövlət İqtisad Universitetinin
"Maliyyə-1" fakültəsində Tələbə Elmi
Cəmiyyətinin fakültə tələbə elmi konfransı
keçirildi.
Maliyyə və vergi ixtisasları üzrə təhsil alan
tələbələrin və professor-müəllim heyətinin
qatıldığı tədbiri təşkilat komitəsinin sədri,
"Maliyyə-1" fakültəsinin dekan əvəzi Ü.Əliyev
açaraq, konfransın məqsədi barədə məlumat verdi.
Tədbirdə 31 tələbənin məruzəsi dinlənildi.
Tələbələrin seçdikləri aktual mövzular, həm
onların elmi rəhbərlərinin, həm də təşkilat
komitəsinin böyük marağına səbəb oldu.
Təşkilat komitəsi tərəfindən I yerə layiq
görülən Tural Qayıbov Azərbaycanda fond
bazarının artım dinamikası və son illərdə
müşahidə olunan dəyişikliklər haqqında
apardığı tədqiqatlardan danışaraq tələbə və
müəllimlərin mövzu ətrafında olan suallarını
cavablandırdı. II yerin sahibi Fərhad Qarayev
"Sığorta bazarının inkişafı", III yerə layiq
görülmüş Elçin Mahmudov "Xarici iqtisadi
fəaliyyətin vergi tənzimlənməsi" mövzularında
məruzə etdilər. Bundan əlavə, Nigar İsmayılova
II, İlahə Gülməmmədova və Əzizə Zeynalova III
yerlərə layiq görüldülər. Digər iştirakçı
tələbələrə isə sertifikatlar verildi.
Tələbələrin gördükləri işi onların böyük
uğurlarından biri olduğunu vurğulayan əməkdar
iqtisadçı, professor B.Xankişiyev dinlənilən
mövzuların tələbələrin gələcəkdə diplom işi
kimi seçilməsinin mümkünlüyündən danışdı. Sonda
iştirakçıların məruzələrinin toplu halında çap
olunması tövsiyə olundu.
Məhəmməd ZEYNALLI,
ADİU-nun "Maliyyə -1" fakültəsi Tələbə Elmi
Cəmiyyətinin sədri |