Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 

Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu

Bookmark and Share

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə "Ekologiya ili" elan olunmuş 2010-cu il başa çatmaqdadır. İlboyu ölkəmizin ekoloji cəhətdən sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi və yaşıllaşdırılması istiqamətlərində çox böyük işlər görülüb. Ekoloji harmoniyanın qorunub saxlanmasına təhsil ocaqları da öz töhfələrini veriblər. Məktəblilərə ekoloji biliklərin aşılanması, onların ekoloji tərbiyəsi, ekoloji yönümlü tədbirlərin keçirilməsi ilboyu diqqət mərkəzində saxlanıb. Bakıdakı 201 nömrəli orta məktəb bu baxımdan xüsusilə fərqlənib.

Dekabrın 5-də məktəbdə "Gəlin dünyamızı qoruyaq" mövzusunda ədəbi-bədii mərasim keçirildi.

Nizami Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə baş tutan və ekologiya mövzusunda il ərzində keçirilmiş tədbirlərə bir növ yekun vuran mərasimdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, rayonun digər rəhbər işçiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb direktorları, valideynlər iştirak edirdilər.

Mərasim başlamazdan öncə qonaqlar məktəbin foyesində ekologiya mövzusunda açılmış sərgi ilə tanış oldular. Sərgidəki ayrı-ayrı stend və guşələrdə şagirdlərin əl işləri və rəsm əsərləri, hazırladıqları referatlar, albomlar nümayiş olunurdu.

Məktəbin akt zalında keçirilən mərasimi direktor Süsən Salmanova açaraq qonaqları salamladı, son illər təhsil ocağında görülən işlər, əldə olunan uğurlar haqqında onlara qısa məlumat verdi. Direktor bildirdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsində son illər ölkə Prezidentinin Azərbaycan dilinin inkişafı, 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması ilə bağlı verdiyi sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirilmiş və onlar həmin tədbirlərin iştirakçıları olmuş rayonun, Təhsil Nazirliyinin rəhbər işçiləri, çoxsaylı qonaqlar, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Keçirilən tədbirlərin əsas qayəsinin məktəblilərin mənəvi, əxlaqi, vətənpərvərlik tərbiyəsi, onların gələcəyə baxışlarını istiqamətləndirmək, dünyagörüşlərini genişləndirmək olduğunu deyən direktor həmin tədbirlərin təşkilində böyük zəhməti olan, onların ssenarisini yazan məktəbin dil-ədəbiyyat müəllimi Simuzər Əhmədovanı qonaqlara təqdim edib ona öz minnətdarlığını bildirdi.

Sonra səhnə istedadlı məktəblilərin ixtiyarına verildi. Bir şagirdin ifasında "Həyat sən kiminsən" şeiri ilə başlanan tədbir xorun oxuduğu "Azərbaycan" mahnısına keçid aldı. Mahnıdan sonra aparıcılar səhnəyə çıxıb növbə ilə ekologiyadan, onun harmoniyasını gözləməyin zəruriliyindən, insanın təbiətdən qaydasız istifadəsi nəticəsində dünyanı bürümüş ekoloji böhrandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ekoloji sağlamlaşdırma sahəsində aparılan işlərdən, xüsusən də "Ekologiya ili" çərçivəsində həyata keçirilən tədbirlərdən söz açdılar. Onların çıxışları ekologiya mövzusunda şeir, mahnı, səhnəciklərlə növbələşdi.

Tədbirdən sonra çıxış edərək öz təəssüratlarını bölüşən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov məktəblilərin çıxışlarını yüksək qiymətləndirdilər.  

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov