Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 

Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi

Bookmark and Share

Bu il dahi bəstəkar, dramaturq, publisist və alim, müəllim və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi Azərbaycanda, o cümlədən bir sıra xarici ölkələrdə yüksək səviyyədə qeyd olunur.

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının direktoru M.Şabanbəyovanın təşəbbüsü ilə gimnaziyada bu əlamətdar yubileylə əlaqədar bir neçə tədbir keçirilib. Belə tədbirlərdən biri noyabrın 23-də gimnaziyanın fortepiano şöbəsində oldu. Həmin gün mən "Ü.Hacıbəylinin yaradıcılığında lad və tonallıq münasibətləri" mövzusunda multimedia dərsi keçdim. Dərsin əsas məqsədi Ü.Hacıbəylinin əvəzolunmaz şəxsiyyət və böyük insan olmasını, şərq musiqisini Avropa musiqisindən fərqləndirən əsas cəhətləri göstərməkdən, əsas ladların (məqamların) səs sıraları, şöbələri və xarakterləri haqqında məlumat verməkdən, dahi bəstəkarın əsərlərini təhlil edərək onların hansı ladda və ya şöbədə bəstələndiyini təyin edib hər ladın slaydında musiqini səsləndirməkdən ibarət idi.

Şagirdim Ülkər Şıxəliyeva (2-ci sinif) Ü.Hacıbəylinin fortepiano üçün bəstələdiyi sonatanı ifa etdi. İfadan sonra mən əsəri təhlil etdim. Təhlili 3 istiqamətdə - Şərq, Avropa musiqisi və onların sintezi nöqteyi-nəzərindən apardım. Əvvəlcə sonatinanın hansı ladda bəstələndiyini təyin etdim: sonatinanın 1-ci cümləsi do mayeli "Çargah" ladının "Hasar" şöbəsində, 2-ci cümlə isə "Çargah" ladının "Müxalif" şöbəsində yazılmışdır. 2-ci cümlə sol mayeli "Çargah" ladına modulyasiya edilmişdir. Rerpizdə sonatinanın harmoniyası zənginləşmiş və əsər do mayeli "Çargah" ladının kvinta səsində tamamlanır. Klassik sonata forması kimi baxıldıqda bu sonatinanın sxemi iki bir-birinə zidd - əsas mövzu lirik, köməkçi mövzu isə qətiyyətli - mövzular əsasında qurulmuşdur. Ən maraqlısı budur ki, sonatinanı Şərq və Avropa musiqisinin sintezi kimi təhlil etdikdə Ü.Hacıbəylinin bəstəkarlıq bacarığını, dahiyanə kəşflərini görürük. Bəstəkar "Çargah" ladının "Hasar" şöbəsinin lirik xarakterdə olduğuna görə onu əsas mövzu, "Müxalif" şöbəsi isə qətiyyətli, inamlı xarakterdə olduğuna görə köməkçi mövzu kimi qəbul edib. Tonallıq cəhətdən əsəri təhlil etdikdə sonatinanın do minor tonallığında yazıldığını görürük. Bəstəkar əsəri Avropa musiqisinə yaxınlaşdırmaq məqsədilə do mayeli "Çargah" ladında yazmışdır.

Nəticədə onu deyim ki, Ü.Hacıbəylinin bizə miras qoyduğu fundamental kitab - "Azərbaycan xalq musiqisinin əsasları" kitabı bizə ladlarımız haqqında ətraflı məlumatlar verir və tədqiqat işləri aparmaq üçün geniş imkanlar açır. Böyük sənətkar Ü.Hacıbəyli yazırdı: "Bu kitab göstərilən sübutlar və qaydalarla dəfələrlə yoxlanılmış axtarış və təhlillərin nəticəsidir. Bu, Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənməyə və bəstəkarlara Azərbaycan xalq ladları əsasında musiqi bəstələməyə kömək edən nəzəri vəsaitdir. Mənim bir bəstəkar kimi Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işim "Koroğlu" kimi operamı yazmaqda praktiki əhəmiyyət kəsb edir". 

Ülviyyə QARAYEVA,
İncəsənət Gimnaziyasının fortepiano şöbəsinin müəllimi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov