Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 

Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar

Bookmark and Share

Bu "Qaydalar" ümumtəhsil məktəblərinə şagird qəbulu və  ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları müddətdə ölkə daxilində, eləcə də ölkədən kənara, habelə digər ölkələrdən Azərbaycanın məktəblərinə yerdəyişməsi ilə bağlı qaydaları müəyyən edir. 

I. Ümumtəhsil məktəblərinə şagird qəbulu 

1.1. Ümumtəhsil məktəblərinə şagird qəbulu I və X siniflər üzrə aparılır.

1.2. Uşaqların I sinfə qəbulunu ümumtəhsil məktəbində direktorun əmri ilə təşkil olunmuş komissiya həyata keçirir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu və həkimi, VMA-nın nümayəndəsi daxil edilir. Məktəbin direktoru komissiyanın sədri olur.

1.3. Bir qayda olaraq ümumtəhsil məktəblərinin I siniflərinə hər il sentyabrın 15-dək (15-i də daxil olmaqla) 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər. Ümumtəhsil məktəbinin direktoru ərazi üzrə məktəb yaşına çatmış uşaqların bütünlüklə təhsilə cəlb olunması ilə bağlı zəruri təşkilati tədbirlər həyata keçirir. ÜM-1 hesabat formasının təsdiqindən sonra I sinfə uşaq qəbuluna icazə verilmir.

1.4. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci bəndinə görə, xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbuluna yol verilir. Bununla əlaqədar:

1.4.1. 6 yaşı 16 sentyabr - 31 oktyabr müddətində tamam olmuş istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məktəbdə təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir.

1.4.2. 6 yaşı noyabr ayı ərzində tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.

1.5. Uşaqların I sinfə qəbulu valideynlərindən birinin (digər qanuni nümayəndənin) ərizəsi əsasında aparılır. Ərizəyə uşağın sağlamlığı haqqında tibbi arayış, doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surəti əlavə olunur. Valideynin (digər qanuni nümayəndənin) ərizəsində uşağın təhsil alacağı təlim dili, öyrənəcəyi xarici dil, məktəbə hazırlıq mərhələsini keçib-keçməməsi qeyd edilir.

1.6. Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilir.

1.7. Valideynin arzusundan asılı olmayaraq, I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumasına heç bir halda yol verilmir.

1.8. Ümumtəhsil məktəblərinin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında aparılır.*cbari ümumi orta təhsil üzrə ilk buraxılış 2016-2017-ci dərs ilinə təsadüf etdiyindən tam orta təhsil səviyyəsinin ilk sinfinə - X sinfə şagirdlərin seçim əsasında qəbulu da həmin dərs ilindən etibarən həyata keçiriləcəkdir.)

1.9. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dilin uyğunluğu vacib şərt kimi nəzərə alınır.

1.10. Şagird digər xarici dil tədris edilən məktəbin X sinfinə ərazidə əvvəl keçdiyi xarici dil öyrədilən başqa bir tam orta məktəb olmadığı halda qəbul edilə bilər. Həmin şagird qəbul edildiyi bu məktəbdə tədris olunan xarici dili, yaxud əvvəl oxuduğu məktəbdə keçdiyi xarici dili müstəqil şəkildə öyrənib orta məktəb kursu üzrə imtahan vermək barədə müraciət edərsə, ondan imtahan götürülməsinə icazə verilir. Bu məsələ məktəb direktorunun təqdimatı əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən tənzimlənir.

1.11. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra orta ixtisas və texniki peşə təhsili müəssisələrinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. X sinfə qəbul barədə ərizə ÜM-1 hesabat forması təsdiq edildikdən sonra verilərsə, həmin şagird yeni gələn şagird kimi əmrləşdirilir. 

II. Şagirdlərin yerdəyişməsi 

2.1. Ölkə daxilində I-IX sinif  şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı kimi tənzimlənir:

2.2. Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) onun hazırda oxuduğu məktəbin direktoruna yerdəyişmənin səbəbi, yerdəyişmə nəzərdə tutulan rayon (şəhər), məktəb göstərilməklə  ərizə ilə müraciət edir.

2.2.1. Məktəbin direktoru şagirdin dəyişiləcəyi məktəbin direktoruna (vəziyyətdən asılı olaraq təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun hazırda bu məktəbin müvafiq sinfində oxuması barədə məktub hazırlayır.

2.2.2. Valideyn (digər qanuni nümayəndə) həmin məktubu əlavə etməklə övladının təhsil alacağı məktəbin direktoruna ərizə ilə müraciət edir.

2.2.3. Məktəbin direktoru şagirdin təhsil aldığı məktəbin direktoruna  onun müvafiq  sinfə qəbul olunduğu və şəxsi işinin göndərilməsi haqda  arayış verir.

2.2.4. Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının şəxsi işini alıb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir.

2.2.5. Hesabat dövründə (22 sentyabr-01 oktyabr) şagirdlərin yerdəyişməsinə icazə verilmir.

2.3. Lisey və gimnaziyalara, təmayüllü ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, xüsusi tədris proqramı ilə işləyən digər ümumtəhsil məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən həmin qəbildən olan müəssisələrə şagirdlərin yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla yuxarıda qeyd edilən  təhsil müəssisələrinin  nizamnamələrinə uyğun həyata keçirilir.

2.4. Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə köçürülə bilər.

2.5. Yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilmir.

2.6. Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə aşağıdakı hallarda razılıq verilir:

Şagird:

2.6.1. Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə, rayon, şəhər) digər ümumtəhsil məktəbinə keçdikdə.

2.6.2. Ailəsi ilə birlikdə başqa yaşayış yerinə (rayona, şəhərə) köçdükdə.

2.6.3. Müvəqqəti məskunlaşdığı rayondan (şəhərdən) daimi qeydiyyatda olduğu yaşayış yerinə köçdükdə.

2.6.4. Valideynlərinin respublikadan kənara uzunmüddətli ezamiyyəsi və müxtəlif səbəblərdən valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə.

2.6.5. Müxtəlif səbəblərdən özəl ümumi təhsil müəssisələrində, xüsusi tədris proqramları tətbiq edilən  lisey və gimnaziyalarda təhsilini davam etdirməsi mümkün olmadıqda.

2.7. X-XI sinif şagirdlərinin yerdəyişməsi ilə əlaqədar  bu "Qaydalar"ın 2.6-cı bəndində nəzərdə tutulmuş hallarla bağlı valideynin (digər qanuni nümayəndənin) ərizəsinə bilavasitə müvafiq  rayon (şəhər) təhsil şöbəsində (idarəsində) baxılır, diqqətlə araşdırılır və qəbul edilən qərar barədə (2.6.1-ci yarımbənd istisna edilməklə)* (Bu bənddə nəzərdə tutulan halla bağlı şagirdlərin Bakı şəhəri üzrə yerdəyişməsi Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.) Təhsil Nazirliyinə yazılı məlumat göndərilir. Yerdəyişmə barədə yekun qərar Təhsil Nazirliyi tərəfindən qəbul olunur.

2.8. Təhsil şöbələri (idarələri) digər rayon və şəhərlərdən ərazilərindəki ümumtəhsil məktəblərinə keçirilmiş X-XI  sinif şagirdlərinin dərsə davamiyyəti üçün həmin məktəblərin rəhbərliyi ilə birlikdə bilavasitə məsuliyyət daşıyırlar.

2.9. IX və XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi hər il martın 1-dək həyata keçirilir.

2.10. Respublikadan kənarda yaşayan Azərbaycan vətəndaşları Azərbaycana qayıtdıqda onların rus və gürcü dillərində təhsil almış övladlarının köçdükləri ərazidə təhsillərini davam etdirmələri aşağıdakı kimi tənzimlənir:

2.10.1. Bütün hallarda I-XI sinif  şagirdləri müəyyən edilmiş məktəblərə valideynin ərizəsi və əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş aşağıdakı sənədlərdən birinin əsasında qəbul edilirlər:

  •  şəxsi iş;

  •  qiymət cədvəli;

  •  fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər oxuduğu barədə arayış.

2.10.2. Azərbaycana qayıdanadək təhsil aldığı ölkədə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlər həmin sənəd və valideynin ərizəsi əsasında Azərbaycan məktəbində X sinfə qəbul edilirlər.

2.10.3. Ölkədən kənarda təhsil almış Azərbaycan vətəndaşlarının XI siniflərə yerdəyişməsi yalnız dərs ilinin birinci yarımilinin sonunadək həyata keçirilir.

2.10.4. Bu "Qaydalar"ın 2.10.1-ci bəndində nəzərdə tutulan sənədlərdən heç biri olmadığı halda:

2.10.4.1. I-IV siniflərdə oxuduğu iddia edilən şagirdlərin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq  səviyyəsi yerli təhsil orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılıb müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi əsas tutulmaqla şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.

2.10.4.2. V-XI siniflərdə oxuduğu iddia edilən şagirdlərin hazırlıq səviyyəsi yerli təhsil orqanlarının təqdimatı əsasında Təhsil Nazirliyində xüsusi tapşırıq və testlər vasitəsilə yoxlanılır və yazılı yekun rəy yerlərə göndərilir. Həmin rəy şagirdin müvafiq sinfə qəbulu üçün əsas sayılır.

2.10.5. Azərbaycan dilini təlim dili səviyyəsində bildikləri halda, I-V sinif şagirdləri təlim Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin təlim dilini dəyişməsinə valideynin ərizəsinə əsasən, məktəbdə baxılır və müvafiq qərar qəbul olunur.

2.10.6. Təlim rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

2.10.7. VIII-XI siniflərdə oxuyan şagirdlər əvvəl təhsil aldıqları  ölkədəki ümumi təhsilin müddətindən asılı olmayaraq, Azərbaycan məktəbində 1 (bir) sinif aşağı qəbul edilirlər. Bu qayda digər ölkədə 3 il və daha artıq müddətdə təhsil alanlara şamil edilir.

2.11. Xarici ölkələrdə  Azərbaycanın ümumtəhsil məktəblərindəki təlim dillərindən fərqli hər hansı bir başqa dildə təhsil almış Azərbaycan vətəndaşlarının övladlarının Azərbaycandakı dövlət ümumi təhsil müəssisələrinə qəbuluna valideynlərin və şagirdlərin arzularına görə, yalnız uyğun təlim dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda Təhsil Nazirliyi tərəfindən razılıq verilə bilər.

2.12. Bu və ya digər səbəblərdən respublikadan kənara gedən şagirdlərin şəxsi işinin verilməsi üçün əsas valideynin (digər qanuni nümayəndənin)  ərizəsi hesab olunur.

2.13. Məktəbin rəhbərliyinə rəsmi qaydada xəbərdarlıq edilmədən şagirdin respublikadan kənara getməsi məktəb rəhbərlərinin, sinif rəhbərinin və aidiyyəti təşkilatların (mənzil-kommunal istismar sahəsi, ərazi icra  nümayəndəliyi) nümayəndələrinin iştirakı ilə tərtib edilən müvafiq aktla təxirə salınmadan rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingent sıralarından çıxarılması barədə əmr verilir.

Həmin şagirdlər müəyyən müddətdən sonra geri qayıtdıqda onların təhsillərini davam etdirmələri bu "Qaydalar"ın 2.10-cu bəndinə uyğun həyata keçirilir.

2.14. Müəyyən sinfədək təhsil alması rəsmi sənədlərlə təsdiq edilən, lakin həmin müddətdən sonra üzrlü və ya üzrsüz səbəbdən 2 (iki) ildən çox olmamaq şərtilə icbari təhsildən kənarda qalan II-VIII sinif şagirdlərinin valideynin ərizəsinə əsasən istisna hal kimi məktəb direktorları tərəfindən  növbəti sinfə qəbul edilməsinə icazə verilir.

2.15. Şagirdin dəyişildiyi məktəbdə onun əvvəl öyrəndiyi xarici dildən fərqli digər xarici dil tədris olunduğu halda, şagirdin həmin xarici dil üzrə təlimə cəlbi məsələsinə valideynin (digər qanuni nümayəndənin) də yazılı rəyi nəzərə alınmaqla rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən fərdi qaydada baxılıb vəziyyətə uyğun qərar qəbul edilir.

2.16. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış  ümumi təhsil müəssisələrindən şagirdlərin ümumtəhsil məktəblərinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, fərdi qaydada Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.

2.17. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə, ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil bazasından ilk peşə və orta-ixtisas təhsili müəssisələrinə qəbul olan şagirdlərin ümumtəhsil məktəblərinin  tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov