Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 

Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar

Bookmark and Share

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müəllimlər üçün informasiya və kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi yolları üzrə biliklərin verilməsi üçün treninqlər keçirilir. 2010-cu ilin sonunadək Dövlət Proqramı çərçivəsində respublika üzrə 69 min nəfərin və ya ölkə üzrə təxminən 40% müəllimin təlimlərdən keçməsi planlaşdırılır. Dövlət Proqramının əhatə müddətində, yəni 2008-2012-ci illərdə ölkə üzrə ümumi müəllim kollektivinin  67%-i (təxminən 114 min nəfər) İKT-nin təhsilə tətbiqi yolları haqqında bacarıqlar əldə etmək üçün treninqlərdən keçəcəkdir.

Azərbaycanda təhsil işçiləri üçün təlimlər bu sahədə böyük təcrübəsi olan "Mədəd" təşkilatı tərəfindən həyata keçirilir. Bu təşkilat 4 istiqamətdə təlimlər aparır: "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi", "İntel - Gələcək üçün təhsil", "Elektron məktəb" və "İnzibati-idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi" təlimləri.

Təlimlər vasitəsilə İKT-nin təhsilə tətbiqi üzrə nəzəri və praktik biliklər əldə edən müəllimlər arasında testləşdirmə keçirilir. Təlimlərin keçirildiyi dövrdə ilkin mərhələdə bu proses pilot formada olsa da, 2010-cu ildən sistemli olaraq təlimlərdə iştirak etmiş bütün təhsil işçiləri arasında keçilir. Testlərlə yanaşı, müəllimlərin təlimlərdə əldə etdiyi praktik bacarıqlar da yoxlanılır. Belə ki, təlim keçmiş təhsil işçiləri təlim proqramının məzmununa uyğun olaraq təqdimatlar, dərslər və layihələr hazırlayır, habelə kompüter proqramları ilə işləmə bacarıqlarını nümayiş etdirirlər.

"Mədəd" təşkilatının icraçı direktoru Elbrus Zarbaliyevin sözlərinə görə, təlimlərdə iştirak edən müəllimlərin və inzibati-idarəetmə heyətinin təlim zamanı əldə etdikləri bilik və bacarıqlarını müəyyən etmək üçün qiymətləndirmə vasitəsi kimi istifadə olunan testlər təlimin son günündə bütün iştirakçılara paylanır və onlar sərbəst şəkildə, heç bir müdaxilə və müzakirə olmadan imtahan prosesində iştirak edirlər.

Obyektiv nəticələr əldə etmək məqsədilə "Mədəd" təşkilatı müntəzəm olaraq test hissələrini saxlamaqla sualları yeniləri ilə əvəz edir.

Hər təlim üzrə test suallarının sayı müəyyənləşdirilmiş və bir neçə variantda sual kitabçaları hazırlanmışdır. Təlim iştirakçılarının testdən əldə etdikləri nəticələr balla müəyyən olunur. Sertifikat əldə etmək üçün müvafiq təlim üzrə keçid balını toplamaq gərəkdir. Məhz testlər üzrə keçid balını toplayan müəllimlərə sertifikatlar verilir. Bu isə, öz növbəsində, müəllimlərin təlimlərdə verilən bilik və bacarıqlara yiyələnməsi üçün motivasiyadır. Çünki sertifikatlaşma onların gələcək əmək fəaliyyətində və çalışdıqları tədris müəssisəsinin rəhbərliyi tərəfindən qiymətləndirilməsi nöqteyi-nəzərdən vacibdir.   

Sertifikatlaşmanın nəticələri regionlar

üzrə müxtəlifdir. Məsələn, avqust, sentyabr və oktyabr aylarında Qazax rayonunun təlimdən keçən müəllimlərinin 87,9%-i, Beyləqan rayonunda isə 67,3%-i sertifikat əldə etmək üçün keçid balını toplamışdır. Həmin aylar  Biləsuvarda yerləşən Cəbrayıl rayonu məcburi köçkün qəsəbələri üçün də təlimlər təşkil edilmiş və təlim iştirakçılarının 94,1%-i sertifikata layiq görülmüşdür.

Şamaxı rayonunun Əngəxaran kənd orta məktəbinin direktoru Vasif Rüstəmov inzibati işçilər üçün təlimlərin məzmunundan razı qaldığını bildirsə də, treninqin müddətinin  artırılmasını məqsədəuyğun hesab etdi. Təlim müddətinin artırılması məzmunun daha yaxşı qavranılmasına kömək edə bilər. Onun fikrincə, testləşdirmə təlim vasitəsilə əldə edilmiş bilikləri obyektiv qiymətləndirir. Amma ilkin kompüter bilikləri olmayan və ya çox az olan təhsil işçiləri üçün təlim materiallarını qavramaq və testdən keçmək çətinlik törədir. Buna görə də ilkin kompüter savadı olmayan təhsil işçiləri üçün təlimlərin və testlərin fərqli olması arzuolunandır. 

Bakı şəhərindəki 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif müəllimi Tamilla Abdullayevanın fikrincə, testləşdirmə prosesi zəruridir. Onun sözlərinə görə, test vasitəsilə təlimdə əldə edilmiş biliklər obyektiv olaraq qiymətləndirilir. "Mədəd" təşkilatı tərəfindən keçirilən təlimlərin səviyyəsini yüksək qiymətləndirən T.Abdullayeva təlimlərdə İKT-dən təhsildə istifadəsi üzrə real bacarıqların verildiyini söylədi.

Valideynlər təlim keçmiş müəllimlərin İKT-dən tədrisdə daha effektiv istifadə etdiklərini qeyd edirlər. Onların "Elektron təhsil" jurnalına verdikləri məlumatlara görə, tədrisdə İKT-nin imkanlarından istifadə şagirdlərə dərsə daha böyük maraq göstərməyə və tədris materiallarını səmərəli mənimsəməyə kömək edir. Təlim keçən müəllimlərin testləşdirilməsinə mövqe bildirən valideynlər bu prosesin qiymətləndirmə üçün obyektiv bir meyar olduğunu söyləyirlər. 

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov