Bu
günlərdə Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzində məktəbliləri
vətənpərvər, azərbaycançılıq ruhunda tərbiyə
etmək, onları müstəqillik uğrunda mübarizədə
şəhid olan qəhrəmanların həyat yolunu öyrənməyə
sövq etmək məqsədilə Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimov və "İgidliyə görə"
medalı verilmiş (ölümündən sonra) baş leytenant
Fərid Əhmədova həsr edilmiş "Mübarizləri olan
Vətən basılmaz" adlı tədbir keçirilib. Tədbirdə
Bakıdakı 86, 254, 264, 249, 27,171, 58, 144,
244, 12, 45 nömrəli ümumtəhsil məktəblərində
fəaliyyət göstərən mərkəzlərin dərnək və
valideyn şuralarının üzvləri, sinif və Uşaq
Birliyinin rəhbərləri iştirak ediblər.
Tədbirdə RGTDM-nin direktor müavini
S.Allahverdiyeva qəhrəmanların həyat yolundan və
göstərdikləri şücaətlərindən danışıb. Bildirib
ki, Azərbaycan xalqı qəhrəman oğullarını heç
vaxt unutmayacaq və onları həmişə qəlbində
yaşadacaqdır.
Burada məktəblilər tərəfindən ədəbi-bədii
kompozisiya göstərilib və qəhrəmanlara həsr
olunmuş şeirlər söylənilib.
Tədbir iştirakçıları qəhrəmanlara aid
fotosərgiyə baxdıqdan sonra 2 nömrəli Fəxri və
Şəhidlər xiyabanlarına gələrək qəhrəmanların
məzarları üstünə gül dəstələri qoyublar.
Şakir CƏFƏROV |