Rusiya Federasiyasının Təhsil və Elm
Nazirliyində "Yetim və valideyn himayəsindən
məhrum uşaqlar üçün müəssisələrdə tərbiyə
olunanların hüquqlarının müdafiəsi" mövzusunda
Ümumrusiya seminar-müşavirəsi keçirilib. Üç gün
davam edən forumda ölkənin 47 regionundan 110
nümayəndə iştirak edib.
Nazirliyin uşaqların tərbiyəsi və sosiallaşması
departamentinin direktoru Alina Levitskaya
seminar-müşavirədə bu il Təhsil və Elm Nazirliyi
tərəfindən hazırlanmış yeni qanun layihələri
haqqında danışıb. Bildirib ki, xüsusi yaşayış
fondunun yaradılması planlaşdırılır. Həmin
fonddan yetimlərə müqavilə əsasında pulsuz
istifadə üçün mənzillər ayrılacaq. Bu məqsədlə
2011-ci ildən başlayaraq hər il federal büdcədən
6 milyard 200 milyon rubl ayrılacaq. Alina
Levitskayanın fikrincə, bu tədbir mənzil
növbələri ilə bağlı mürəkkəb vəziyyəti 5-6 il
ərzində həll etməyə kömək edəcək.
Seminar-müşavirədə qeyd olunub ki, Rusiyanın
Təhsil və Elm Nazirliyi de-institutlaşdırma
siyasəti yeridir: uşaq evlərinin miqdarı ixtisar
olunur, ailələrə verilən yetim uşaqların sayı
artır. Son 3 ildə Rusiyada 203 yetim uşaqlar
üçün müəssisə bağlanıb, uşaq evlərindəki
uşaqların sayı isə 17 min azalıb.
"Uçitelskaya qazeta"dan tərcümə etdi:
Y.ƏLİYEV |