Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 

"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi

Bookmark and Share

Dekabrın 15-də Bakıdakı 42 nömrəli orta məktəbdə yeni təlim metodları və texnologiyaların tədrisə tətbiqi ilə bağlı "açıq dərs"lər keçirildi.

Biz dəvət olunmuş mütəxəssislərlə birlikdə əvvəlcə XI "D" sinfində həndəsə fənnindən "Konus və onun müstəvi kəsikləri" mövzusunda keçirilən "açıq dərs"də iştirak etdik.

Müəllim Afaq Bağırova ötən dərsi şagirdlərlə birlikdə təkrar etdikdən sonra onların diqqətini proyektorların vasitəsi ilə ekranda göstərilən konusa oxşar dağlar, ağaclar, qədim abidələrə baxmağa yönəltdi. Sinfin şagirdləri qrup şəklində 3 komandaya ayrılmışdı. "Silindir", "Konus" və "Kürə" adlı bu komandalara konusun düzbucaqlı üçbucağının sahəsini tapmaq tapşırığı verildi. Həmin tapşırıqlar ayrı-ayrı şagirdlər tərəfindən lövhədə həll edildi. Cavablar yoxlanıldı. Hər komanda düzgün cavablara görə qiymətləndirildi.

Daha sonra "Tez və düz", "Heydər Əliyev zirvəsi" adlı mövzulara aid komandalara paylanmış məsələ və misallar həll edildi. Komandaların hər birində olan 6 şagirdin hamısı mövzuya aid sual və tapşırıqları cavablandırmaqda fəal iştirak etdi. Sonda komandaların topladığı ballar hesablandı. Onların tutduğu yerlər müəyyənləşdi. "Açıq dərs"i izləyən mütəxəssislər Afaq müəllimin apardığı bu dərsi və şagirdlərin fəallığını yüksək qiymətləndirdilər.

Sonra biz IX "D" sinfində coğrafiya fənnindən "Əhali" mövzusu üzrə keçirilən "açıq dərs"də iştirak etdik. Bu sinfin şagirdləri də 3 komandaya bölünmüşdü. Həmin komandalar "Çinli", "Hindli" və "Azəri" adlandırılmışdı.

Müəllim Mirvari Əhədova hər 3 komandaya ayrı-ayrılıqda "Əhalinin təbii artımını necə başa düşürsünüz?", "Dünyada ən çox əhalisi olan ölkə hansıdır?", "Demoqrafik siyasət nədir?", "Demoqrafik partlayış nə deməkdir?", "Demoqrafik inqilab nə deməkdir?" suallarını verdi. Komandaların əksər üzvü suallara düzgün cavab verdi. Cavablar qiymətləndirilərək divardan asılmış cədvələ yazıldı.

Sonra müəllim komandalara miqrasiya haqqında tərtib olunmuş işlər payladı. Burada yazılmış "Qanunsuz miqrasiya nədir?", "Məcburi miqrasiyanı necə başa düşürsünüz?" və s. suallara da şagirdlər düzgün cavab verdilər.

Elə həmin anda ekranda məcburi miqrasiyanı əks etdirən film nümayiş etdirildi. Filmdə Qarabağdan, Ermənistandan məcburi köçürülən insanların acınacaqlı həyatı göstərildi. Bundan sonra isə müəllim komandalara belə bir sualla müraciət etdi:

- Azərbaycanın 20 faiz torpaqları erməni təcavüzkarları tərəfindən işğal olunub. Siz bu torpaqların qaytarılması üçün nə təklif edərdiniz?

Hər üç komanda üzvlərinin suala cavabı eyni oldu:

- İşğal olunmuş ərazimiz sülh yolu ilə qaytarılmalıdır. Əgər bu mümkün olmasa, müharibə yolu ilə torpaqlarımızı azad etməliyik!

Şagirdlərin cavabları fəal əməkdaşlığa görə qiymətləndirildi.

Müəllim Mətanət Allahverdiyevanın rus bölməsinin IV "A" sinfindəki riyaziyyatdan "açıq dərs"i də maraqlı keçdi.

Həmin gün "açıq dərs"lər bitdikdən sonra akt zalında tədbir keçirildi. Məktəbin direktoru Firəngiz Həmidova çıxış edərək "açıq dərs"lərdə iştirak etdikləri üçün qonaqlara öz minnətdarlığını bildirdi.

Sonra çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov dedi:

- Bu gün həqiqətən mənim üçün əlamətdar bir gün oldu. Ona görə ki, iştirak etdiyim "açıq dərs"lərin ikisini bizim institutda kurs keçmiş müəllimlər aparırdı. Birgə işləmək həqiqətən öz müsbət nəticəsini verir. Axı dərsin keyfiyyəti müəllimdən asılıdır. Doğrusu, bu "açıq dərs"lər o qədər maraqlı keçdi ki, nöqsan axtarmağa lüzum qalmadı.

Asəf müəllim çıxışının sonunda qarşıdan gələn 2011-ci ildə müəllim və şagirdlərə yeni-yeni uğurlar arzuladı.

"Açıq dərs"lərdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı, həmin idarənin əməkdaşları Sitarə Məmmədova, Şəhla Kərimova, Həvva Dünyamalıyeva, Bakıdakı 14 nömrəli məktəbin direktoru Hürzad Verdiyeva öz çıxışlarında məktəbin I "Ç", V "Ç" və VI "A" siniflərində də keçən "açıq dərs"ləri yüksək qiymətləndirdilər. Eyni zamanda "açıq dərs"lərin pedaqoji-metodik baxımdan təhlil və dəyərləndirilməsi müəllim axtarışına, müəllim əməyinə verilən yüksək qiymət oldu. 

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov