Bu günlərdə Azərbaycan Texniki Universitetində
"Nanotexnologiyalar və onların texnikada
tətbiqi" mövzusunda I Beynəlxalq konfrans
keçirilmişdir.
Konfransı giriş sözü ilə Azərbaycan Texniki
Universitetinin rektoru, texnika elmləri
doktoru, professor Havar Məmmədov açmışdır.
Plenar iclasda professor E.Şahbazov "Neft
sənayesində nanotexnologiyanın elmi əsaslarının
işlənməsi və tətbiqi" və fizika-riyaziyyat
elmləri doktoru M.Ramazanov "Nanoelm,
nanotexnologiya və nanosənayenin inkişaf
sahələri" mövzusunda məruzə etmişlər.
Tədbirdə iştirak edən AMEA-nın I
vitse-prezidenti, akademik Arif Həşimov və
millət vəkili Elton Məmmədov konfransın işinə
uğurlar arzulamışlar.
Sonra konfrans öz işini "Aşağıölçülü elektron
sistemləri", "Neft sənayesində
nanotexnologiyaların tətbiqi", "Nanoobyektlərin
fiziki xassələrinin araşdırılması", "Kompüter
sistemləri və optoultra tezlikli elektronikada
nanoquruluşlu cihazların tətbiqi",
"Nanonquruluşlarda təbəqələr arasına, səthi
quruluşlara və qəfəs defektlərinə nəzarət"
bölmələrində iki gün davam etdirmişdir.
Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri |