Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - ¹ 49

 

İnklüziv təhsil günün tələbidir

Bookmark and Share

Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardandır, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin - dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə  yalnız inklüziv təhsil yarada bilər.  Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən biri olub, hazırda Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya  ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilmişdir. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox olmamaq şərtilə komplektləşdirilərək onlara zəruri köməkçi xidmət təşkil edilir.

Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" (2005-2009-cu illər) təsdiq edilmiş, Azərbaycan Respublikası təhsil nazirinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanmışdır.

Təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Müəllimlər İnstitutunun tədbirlər planı hazırlanıb təsdiq edilmişdir.

Proqramda inklüziv təhsilin mərhələlərlə keçirilməsi nəzərdə tutulmuşdur.

Proqramın tələblərindən irəli gələn vəzifələrlə əlaqədar AMİ-də bir sıra işlər görülmüşdür. Belə ki, "Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün inklüziv təlimə verilən tələblərin peşəkarcasına işlənib hazırlanması" mövzusunda beynəlxalq təşkilat tərəfindən AMİ və onun filiallarının metodistləri, kafedra müəllimləri üçün seminar təşkil edilmiş və seminar iştirakçılarına sertifikat verilmişdir.

Təhsildə innovasiya kabineti Sumqayıt ŞTŞ-ın tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin müdirləri və tərbiyəçiləri üçün "Məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsil və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" mövzusunda seminar təşkil etmişdir.

Həmin kabinetin metodistlərindən bir neçəsi MTTYM-də "İnklüziv təhsil üzrə mentorların hazırlanması" mövzusunda seminarın iştirakçısı olmuş və inklüziv təhsil üzrə mentorluq sertifikatı almışdır.

Kabinetin metodistlərindən M.Rəhimovanın "Məktəbəqədər təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" (inklüziv təhsil) adlı metodik tövsiyəsi və İ.Həsənovanın "Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə adaptasiyası" mövzusunda metodik vəsaiti hazırlanmışdır.

KİV-də "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" mövzusunda məqalələr dərc edilmişdir.

Təhsildə innovasiya kabinetinin metodistləri tərəfindən müntəzəm olaraq inklüziv təhsil tətbiq edilən körpələr evi - uşaq bağçalarında və ümumtəhsil məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqları məşğələ və dərs prosesində müşahidə edib yerlərdə tərbiyəçilərə və müəllimlərə metodiki köməklik göstərilir.

Proqramın tələblərindən irəli  gələn vəzifələrin davamı olaraq AMİ-nin rektoru, Milli Məclisin üzvü, professor A.Naxçıvanlının təşəbbüsü ilə institutda "İnklüziv təhsil günün tələbidir" mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor A.Naxçıvanlı inklüziv təhsilin bu günün vacib məsələlərindən olduğunu qeyd etdi. Aqiyə xanım təhsilin bütün cəmiyyətlərin, xüsusilə də demokratik cəmiyyətin ən zəruri komponentlərindən olan bu sahənin təhsilimizin qurucusu, ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğuladı.

Konfransın işinə bir sıra beynəlxalq təşkilatlar - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "Müstəqil həyat" İnkişaf və Dəstək Mərkəzi, YUNİSEF, "Dünyaya baxış" Təşkilatı, Azərbaycana Birgə Yardım Təşkilatı, "Müşfiq" təşkilatı, "Çıraq" Uşaq İnkişaf Mərkəzi və digərləri qoşulmuş, onların, həmçinin Təhsil Nazirliyinin  əhatə etdiyi Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin xüsusi qayğıya ehtiyacı olan uşaq bağçası və məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

Konfransda Təhsil Nazirliyindən De-institutlaşdırma şöbəsinin rəisi Məlahət Hacıyeva, Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Strateji təhlil və  planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi Musa Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Müslüm Qəzənfərov, BŞTİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Zəminə Əliqızı, Bakı Tibbi Pedaqoji Komissiyanın sədri Bəhruz İmanov,  Məktəbəqədər şöbənin məsləhətçisi Gülsüm Hüseynova və b. iştirak edirdilər.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən konfrans iştirakçılarına metodik vəsaitlər paylanmışdır. Konfransın işində KİV nümayəndələrinin iştirakı təmin edilmişdir.

Plenar iclasda dinlənilən 8 məruzə ətrafinda müzakirələr aparıldı və  bir sıra təkliflər irəli sürüldü.Təkliflər müzakirə edildi və ümumiləşdirmələr aparılaraq aşağıdakıların nəzərə alınması və əlaqədar təşkilatların nəzərinə çatdırılması məqsədəmüvafiq hesab edildi:

* İnklüziv təhsilə qoşulan məktəb və uşaq bağçalarında işləmək üçün loqoped, psixoloq və defektoloq ştatları verilsin;

* Ali təhsil, orta ixtisas, ilk  peşə-ixtisas təhsili  müəssisələrində də inklüziv təhsilin layihəsi hazırlansın;

* İnklüziv təhsilə aid metodik və əyani vəsaitlər hazırlansın;

* AMİ və onun filiallarında psixoloq hazırlığı gücləndirilsin;

* Müəllim köməkçilərinin hazırlanması üçün ixtisasartırma fakültələrində kurslar təşkil edilsin;

* Mətbuat və informasiya vasitələrində maarifləndirmə və təbliğat işi gücləndirilsin;

* Uşaq bağçaları və məktəblərin qabaqcıl iş təcrübəsi öyrənilsin, ümumiləşdirilsin və yayılsın;

* Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğul olan müəllimlər və müəllim köməkçiləri üçün treninq və seminarların keçirilməsi təmin edilsin;

* İnklüziv təhsillə işləyən müəllim, müəllim köməkçisi və tərbiyəçilərin aylıq maaşında fərq nəzərə alınsın;

* Regionlarda inklüziv mərkəzlərin sayı artırılsın;

* İcma halında mərkəzlər yaradılsın və bütün fənlər üzrə müəllimlər treninqlərə cəlb edilsinlər;

* İnklüziv uşaqların təhsil alması üçün xüsusi tipli məktəblər tikilsin;

* Sosial işlə bağlı kurslar təşkil edilsin;

* İnklüziv uşaqların həyatı davamlı olaraq izlənilsin;

* Valideynlər üçün maarifləndirmə kursları təşkil edilsin.

Təhsil sahəsində İslahat Proqramının prinsipləri təhsil alana şəxsiyyət kimi münasibət bəsləməyi, onun təlim - tərbiyə prosesində əsas subyektə çevrilməsini, hər bir uşağa demokratik yanaşmağı tələb edir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək vermək dövrün, zamanın və demokratik cəmiyyətin tələbidir. 

Eldəniz İSMAYILOV,
AMİ-nin Təhsildə innovasiya kabinetinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - ¹ 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov