| 
								
								Bakıdakı 124 nömrəli orta məktəbdə istedad və 
								zəhmət hesabına qazandığı uğurlarla 
								həmyaşıdlarından seçilən şagirdlər çoxdur. 
								Hazırda məktəbin VIII "B" sinfində idman 
								sahəsində fərqlənən 3 istedadlı şagird təhsil 
								alır. 
								
								Cəlal Camallı, Nurəddin Qədəşov, Elşad Xanlarov 
								2006-cı ildən 16 nömrəli Uşaq-Gənclər İdman 
								Məktəbində güləşin sambo növü ilə məşğul olur. 
								Məşqçi-müəllim Kənan Xəlilov şagirdlərinə bu 
								idman növünün incəliklərini öyrədir və onların 
								nailiyyətlər qazanmaları üçün əzmlə çalışır. 
								
								Bu günə kimi keçirilən müxtəlif yarışlarda Cəlal 
								14, Nurəddin 9, Elşad isə 8 dəfə diplom, fəxri  
								fərman və medallarla təltif olunublar. 
								
								Hazırda Bakı çempionatına hazırlaşan yeniyetmə 
								idmançılar yalnız qalib gəlmək haqda düşünür və 
								bu yolda yorulmadan çalışırlar.  
								
								
								Zülfiyyə NİFTALIYEVA,Bakıdakı 124 nömrəli orta məktəbin tarix 
								müəllimi
 |