Latviya Respublikasının Təhsil və Elm Nazirliyi
(TEN) 2010-2011-ci illərdə ölkənin ali təhsil
müəssisələrində təhsil almaq və ya tədqiqat işi
aparmaq arzusunda olanlar üçün təqaüd
ayıracaqdır.
Təqaüdün maksimum on ay müddətində veriləcəyi
bildirilir. Müstəsna hallarda Latviya TEN-in
xüsusi qərarına əsasən, təqaüdün verilmə müddəti
uzadılacaqdır.
Təqaüd proqramında iştirak etmək istəyənlər
lazım olan sənədləri aprelin 28-dək Azərbaycan
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə
təqdim etməlidirlər. Sənədlər latış, rus və ya
ingilis dillərindən birinə tərcümə edilməli,
notariat qaydada təsdiq olunmalıdır.
Proqram barəsində ətraflı məlumatı
http//izm.izm.gov.lv/ministry/4885.html İnternet
səhifəsindən əldə etmək mümkündür.
AzərTAc |