| 
								
								Aprelin 8-də Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 
								ədəbiyyatşünas, pedaqoq, publisist Allahverdi  
								Eminovun kitablarının təqdimatı keçirildi. 
								Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, 
								professor Asəf Zamanov  bildirdi ki, öz üslubu 
								və tematikası ilə seçilən pedaqoq-alim bu təhsil 
								müəssisəsinin nüfuzlu müəllimlərindən biridir. 
								
								Sonra institut kitabxanasının müdiri Güldanə 
								Mehdiyeva tədbir iştirakçılarına Allahverdi 
								Eminovun həyat və yaradıcılığı haqqında geniş 
								məlumat verdi. 
								
								BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyat 
								kafedrasının müdiri, filologiya elmləri namizədi 
								Aydın Paşayev, Pedaqogika kafedrasının müdiri, 
								pedaqoji elmlər namizədi Fikrət Əliyev, 
								şairlərdən Musa Yaqub və Oktay Rza, professor 
								Fikrət Seyidov və başqaları çıxış edərək 
								təqdimatı keçirilən kitabların məziyyətlərindən 
								söz açdılar. 
								
								Sonda yazıçı-publisist, pedaqoji elmlər 
								namizədi, dosent  Allahverdi Eminov tədbirdə 
								iştirak edənlərə öz təşəkkürünü bildirdi. 
								 
								
								
								Şakir CƏFƏROV  |