Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - ¹15

 

S.Şəfiyev – 80

Tanınmış alim, humanist vətəndaş

Bookmark and Share

28 aprel şəxsən onun üçün adi bir tarixi gün olsa da, ailəsi, dostları, iş yoldaşları və tələbələri üçün 80 illik mənalı həyat yolu keçmiş bir insanın ad günüdür.  Söhbət sadəliyi, haqqı, ədaləti, mənəvi-əxlaqi keyfiyyətləri özünün idealı hesab edən görkəmli pedaqoq, alim, xalq içərisində dərin hörmət qazanmış gözəl insan Sabir Əli oğlu Şəfiyevdən gedir.

Professor S.Şəfiyev çox mənalı bir həyat yolu keçmişdir. Onun həyat yoluna nəzər saldıqda Azərbaycanın coğrafi xəritəsi göz önünə gəlir. Çünki onun fəaliyyət dairəsi geniş Azərbaycan coğrafiyasını əhatə edir. Onun gəzmədiyi, görmədiyi, işləmədiyi, haqqında məlumatı olmadığı bir rayon, kənd, güşə yoxdur. Həyat yolu da Azərbaycan təbiəti kimi mənzərəli, dolğun, taleyi Azərbaycan tarixi kimi keşməkeşlidir.

Sabir Əli oğlu Şəfiyev 1930-cu il aprelin 28-də Azərbaycanın mirvarisi və füsunkar güşələrindən biri - musiqi beşiyi  sayılan Şuşada anadan olmuşdur. Həyatın ağrı-acısını çox erkən dadan balaca Sabir lap kiçik yaşlarından hər iki valideynini itirmiş (1932-ci ildə atası, 1936-cı ildə anası dünyalarını dəyişmişlər), ata qayğı və dayağından, ana nəvazişi və şirin nəğmələrindən məhrum olmuşdur. Bu mənada onun taleyi  ilə Vətəni Şuşanın taleyində bir oxşarlıq vardır.

Nə yaxşı ki, dünyada həmişə yaxşı adamlar tapılır və köməksizə həyan dururlar. Böyük ürəkli böyük qardaşı bütün qayğıları öz üzərinə götürür, onun gələcək inkişafını istiqamətləndirir və müdrik bir şəxsiyyət kimi yetişməsinə  şərait yaradır.

Ailə vəziyyəti ilə əlaqədar S.Şəfiyev bir sıra ümumtəhsil məktəblərində (Bakıda, Şamaxıda və s.) oxuyur və 1946-1947-ci tədris ilində Şamaxı  şəhər 1 nömrəli orta məktəbini bitirir. Həmin ildə V.İ.Lenin adına  Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olur.

1951-ci ildə institutu bitirmiş gənc müəllimin qarşısında geniş üfüqlər açılır. Ölkənin bir çox fəal və şüurlu gəncləri kimi o da seçim qarşısında qalmır, "Harada çətindir, harada lazımam" şüarı ilə hərəkət edir.

1951-1952-ci dərs ilində Şamaxı rayonunun Göylər kəndində əmək fəaliyyətinə başlayan Sabir Şəfiyev özünün təşkilatçılıq bacarığına, insanlarla çox asanlıqla ünsiyyət yaratdığına, xeyirxahlığına və xoş rəftarına görə komsomol işinə cəlb olunur.

S.Şəfiyev 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan LKGİ Bakı Vilayət Komitəsinin məktəbli gənclər şöbəsində təlimatçı, 1955-1960-cı illərdə isə Naxçıvan Vilayət Komsomol Komitəsində əvvəlcə ikinci, sonra isə birinci katib vəzifələrində işləyir. Öz işinə məsuliyyətlə yanaşdığına, vəzifəsini ləyaqətlə yerinə yetirdiyinə görə 1960-cı ildə partiya işinə irəli çəkilir  və bir sıra məsul vəzifələr tapşırılır.

1960-1965-ci illərdə Azərbaycan KP MK-nın məktəb və elm şöbəsində təlimatçı, 1965-ci ilin yanvarından noyabrına qədər Ağsu, 1965-1970-ci illərdə isə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyir.

Əmək fəaliyyəti dövründə o, V çağırış Naxçıvan MSSR Ali Sovetinin, VII çağırış Azərbaycan SSR Ali Sovetinin, Ağsu, Şamaxı rayon, Naxçıvan şəhər sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXII, XXIII, XXIV, Azərbaycan LKGİ XXI, XXII və ÜİLKGİ-nin XIII qurultaylarının nümayəndəsi seçilmişdir. "Əmək fəaliyyətinə görə", "V.İ.Leninin anadan olmasının 100 illiyi", "Əmək veteranı" medalları və üç dəfə Azərbaycan və Naxçıvan MSSR Ali Sovetinin, SSRİ "Bilik" cəmiyyətinin, ÜİLKGİ MK-nın "Komsomolda fəal işinə görə" döş nişanı ilə, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Qızıl" medalı ilə, dəfələrlə  ÜİLKGİ MK-nın, Az. LGİ MK-nın, SSRİ və Respublika Maarif Nazirliyinin, Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri fərmanları ilə təltif olunur.

Ağsu və Şamaxıda işlədiyi müddətdə S. Şəfiyev yerli əhalinin sevimlisinə çevrilmiş, bacarıqlı rəhbər kimi müxtəlif rəsmi yığıncaqlarda  və zəhmətkeş insanlar arasında təriflənmiş, onun haqqında xoş sözlər deyilmişdir. Rayon zəhmətkeşlərinin maddi-rifah halının və mədəni-sosial səviyyəsinin yaxşılaşdırılması işində  yaxından iştirak edən Sabir müəllim xeyirxahlığı, ədalətliliyi, insanları başa düşməyi ilə, həmçinin yaradıcı, təşkilatçı bir rəhbər kimi ad çıxarmışdır. Uzun illər keçməsinə baxmayaraq, indi də bu yerlərin insanları Sabir  müəllimi xoş duyğularla xatırlayır, onun adı çəkiləndə haqqında səmimi sözlər deyir, hörmət və ehtiramla özü və işi haqqında danışır, ona uzun ömür, cansağlığı arzulayırlar.

Komsomol və partiya işində  çalışmaqla yanaşı, o, məktəbi də yaddan çıxarmamış, daim təhsil müəssisələri ilə sıx əlaqədə olmuş, komsomolun məktəbdə apardığı tərbiyəvi işlərin əsas istiqamətləri ilə bağlı olan elmi axtarışlar, tədqiqatlar aparmışdır. Özündə bir pedaqoq - tədqiqatçı bacarığı, qabiliyyəti hiss edən Sabir müəllim bu arzularla 1961-ci ildə keçmiş V.İ.Lenin adına APİ-nin Pedaqogika kafedrası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. Apardığı elmi tədqiqatların nəticələri 1965-ci ildə müdafiə etdiyi "Şagirdlərin ideya-siyasi tərbiyəsində komsomol işi" adlı dissertasiyada öz əksini tapmış, elmlər namizədi dərəcəsi almışdır.

1970-ci ilin oktyabrından 1972-ci ilin mayına qədər V.İ.Lenin adına APİ-də müəllim, baş müəllim və sonra 1979-cu ilin noyabrına qədər dosent vəzifəsində işləmişdir. Bu illər ərzində Sabir müəllim yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak etmiş, işlədiyi kollektivdə dərin hörmətə, məhəbbətə layiq olmuşdur. Xeyirxahlığı, nəvazişi və səmimiyyəti ilə seçilən Sabir müəllim həm də tələbələrinin xatirələrində dərin iz buraxmış, onlara atalıq qayğısı göstərmişdir. Odur ki, indiyə qədər tələbələri onu unutmur, müxtəlif məsul vəzifələrdə çalışsalar da, Sabir müəllimi yaddan çıxarmır, ona məktublar yazır, məsləhətlər alırlar.

1979-cu ilin noyabrında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun  Pedaqogika kafedrasının müdiri vəzifəsinə seçilən professor S.Şəfiyev bu günə kimi Bakı Slavyan Universitetində həmin kafedraya rəhbərlik edir. Kafedranın elmi potensialını yüksəltmək yolunda əməli işlər apararaq qısa müddət ərzində gənc kadrların yetişməsində böyük xidməti olmuşdur. Əgər 1980-cı ilin əvvəllərində kafedrada 3 nəfər elmlər namizədi çalışırdısa, indi kafedrada 2 pedaqoji elmlər doktoru, 15 pedaqoji elmlər namizədi elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Professor Şəfiyevin rəhbərliyi ilə 5 nəfər müdafiə etmiş və pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1988-ci ildə professor elmi adına layiq görülən Sabir müəllim 1995-ci ildən Rusiya Beynəlxalq Pedaqogika və Sosiologiya Akademiyasının həqiqi üzvü seçilmişdir. Sabir Şəfiyev öz əməkdaşlarına qarşı olduqca səmimi, mehriban, qayğıkeşdir. Rəhbərlik etdiyi kafedra Bakı Slavyan Universitetində aparıcı kafedralardan biridir.

Bilik və bacarığını, varlığını və bütün mənalı ömrünü insanlara həsr edən Sabir müəllim 27 monoqrafiya və kitabçanın, 49 metodik vəsaitin, proqramın, 41 jurnal və 100-dən çox qəzet məqaləsinin müəllifidir. Bunların ümumi həcmi 90 çap vərəqi təşkil edir.

S.Şəfiyev SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısıdır. 1972-1983-cü illərdə SSRİ Maarif Nazirliyinin nəzdində tələbələrin elmi işlər üzrə şurasının, ADRU-nun nəzdində olan, 1999-cu ildən ETPEİ - də (indiki Təhsil Problemləri İnstitutu) fəaliyyət göstərən pedaqogika üzrə müdafiə şurasının, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin, 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Respublikada və onun hüdudlarından kənarda tərbiyənin müxtəlif problemlərinə həsr olunmuş elmi konfranslarda çıxış edən Sabir müəllim bir pedaqoq-alim kimi bu problemlərin həlli yollarının əsaslarını elmi surətdə açıb göstərmiş, pedaqoji problemlərin mədəni-ictimai, sosial, siyasi-iqtisadi həyatın ayrılmaz hissəsi olduğunu nəzərə çatdırmışdır.

Opponent olduğu dissertasiya işlərinə dərin və hərtərəfli elmi-pedaqoji təhlil vermiş, gənc aspirantların elmi biliklərə yiyələnmələri və elmin əlçatmaz zirvələrinə yüksəlmələri işində fəal mövqe tutmuşdur.

Mənəvi saflığı, təmənnasız köməyi, xeyirxahlığı, uşaq kimi paklığı sayəsində Sabir Şəfiyev universitetdə "müdrik ağsaqqal" kimi ad çıxarmışdır. Tələbədən tutmuş elmlər doktoruna qədər hamı onun məsləhətinə ehtiyac duyur. Hamıya əl tutmağı  bacaran Sabir müəllim bunu həyatının amalı, məramı hesab edir.

Professor S.Şəfiyevin elmi-pedaqoji  yaradıcılığının böyük bir hissəsi onun yüksək qiymətləndirdiyi, doğma övladları qədər çox sevdiyi, məhəbbətini heç vaxt əsirgəmədiyi, qayğıları ilə yaşadığı, hər biri üçün qürur duyduğu tələbələridir. O, bütün mənalı ömrünü onlara həsr etdiyini dəfələrlə müxtəlif kürsülərdən etiraf etmişdir.

Ona ünvanlanmış yüzlərlə məktub və avtoqrafda dərin düşüncəsi, geniş erudisiyası, təvazökarlığı, doğruluğu, xeyirxahlığı dolğun və parlaq şəkildə ifadə edilmişdir.

Sabir müəllimi şəxsiyyət kimi səciyyələndirən əsas keyfiyyətlərdən biri onun işgüzarlığıdır. Onunla işləyən kafedra əməkdaşları yaxşı bilirlər ki, bu gün görüləsi işi o, heç vaxt sabaha saxlamır, görüləcək işdə hər hansı bir problem, maneə yaranarsa, onu operativ surətdə həll etməyə qadirdir. Sabir müəllim öz işinə biganə və laqeyd qalmağı bacarmır.

80 il insan ömrünün müdriklik zirvəsində olmağına dəlalət edir. Bu illərin şirini-acısı, sevinci-qəmi onun ömür yaddaşında dərin izlər buraxmışdır. Öz əqidəsinə, amalına, məramına sadiq qalan professor S.Şəfiyevin həyatda qazandığı uğurlardan ona düşən sevinc payları onun ən xoş xatirələridir. Onu ən çox üzən isə Vətəni Qarabağın, sevimli yurdu Şuşanın əsarətdə qalmasıdır. Biz ona uzun ömür, cansağlığı, xoşbəxtlik arzulamaqla yanaşı, doğma yurdunun azad olma məqamını görməyi, qalan yubileylərini orada keçirməyini arzu edirik. 

Kamal ABDULLAYEV,
Bakı Slavyan
Universitetinin rektoru,

Nazim MİRZƏ,
Pedaqogika və psixologiya
kafedrasının müdir müavini  

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - ¹15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov