Qonaqları səmimi salamlayan nazir Azərbaycanla
Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı
əlaqələrin inkişafından və təhsil sahəsində də
geniş əməkdaşlığın yaradıldığından söz açıb.
Nazir bu əlaqələr çərçivəsində tələbə
mübadiləsinin də mühüm əhəmiyyət daşıdığını,
azərbaycanlı gənclərin Türkiyə
universitetlərində, türkiyəli vətəndaşların isə
ölkəmizin ali məktəblərində müxtəlif ixtisaslar
üzrə təhsil aldıqlarını xüsusi qeyd edib.
Okan Universitetinin rektoru Sadık Kırbaş bu
görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli
təhsil əlaqələrinin daha da inkişaf
etdirilməsindən, mövcud sahədə müvafiq işlərin
həyata keçirilməsindən danışıb. Qonaq, eyni
zamanda rəhbəri olduğu təhsil ocağı haqqında
məlumat verib.
Sonra qonaqlar Bakıdakı bir sıra məktəblərdə
olduqlarından, burada yaradılan şəraitdən
danışıb, müəllimlərin fəaliyyətini yüksək
qiymətləndiriblər.
Görüşdə universitetlərarası əməkdaşlığın
yaradılması, müəllim-tələbə mübadiləsinin
aparılması və digər bu kimi məsələlər üzrə fikir
mübadiləsi aparılıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Hulusi Kılıç və səfirliyin
təhsil üzrə müşaviri Halis Koyuncuoğlu görüşdə
iştirak ediblər. |