Azərbaycan Respublikası Prezidentinin 10 iyun
2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş
tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin
19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq
edilmiş "Fəaliyyət Planı"nın 5-ci və 17-ci
bəndlərinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-cu ildə təhsildə informasiya
texnologiyalarının tətbiqi sahəsində "Təhsildə
İnternet texnologiyaları" və "Müasir məktəbdə
elektron resursları" istiqamətləri üzrə "Elektron
təhsil" Respublika müsabiqəsi keçirilsin.
2. "Elektron təhsil" Respublika müsabiqəsinin
əsasnaməsi, müsabiqənin Təşkilat Komitəsinin və
Münsiflər Heyətinin tərkibi təsdiq edilsin. (1,
2, 3 saylı əlavələr).
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə
müddətini, mərhələlərinin müəyyən edilməsini və
əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin
lazımi səviyyədə həyata keçirilməsini təmin
etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinə tapşırılsın (S.Məmmədov):
4.1. Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin
vaxtında və lazımi səviyyədə həyata
keçirilməsini təmin etsin.
4.2. ən yaxşı layihələr haqqında geniş
məlumatların Təhsil portalında yerləşdirilməsini
təmin etsin.
5. "Elektron təhsil" Respublika müsabiqəsinin
keçirilməsi üçün xərclər smetası təsdiq edilsin
və əmrə əlavə olunsun.
6. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
müsabiqənin bütün mərhələlərinin gedişinin
videolentə alınmasını, əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
14 aprel 2010-cu il |