Aprelin 20-də BDU-nun rektoru, akademik Abel
Məhərrəmov Türkiyənin Okan Universitetinin
rektoru, professor Sadık Kırbaş, həmin
universitetin iqtisadi idarə bilimlər
fakültəsinin dekanı, professor Suat Teker, fənn
ədəbiyyat fakültəsinin dekan yardımçısı Hulya
Arslan və mühəndislik fakültəsinin öyrətim üyesi
Veli Şahmurovu qəbul edib.
Rektor Sadık Kırbaş bildirib ki, 2003-cü ildə
yaradılmış, 5 fakültəsi və 4 mindən artıq
tələbəsi olan Okan Universitetini tanıtmaq,
ikitərəfli əməkdaşlığa nail olmaq,
tələbə-müəllim mübadiləsi etmək
niyyətindədirlər.
Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının
daimi, əbədi olduğunu bildirən rektor, akademik
Abel Məhərrəmov nümayəndə heyətinin gəlişinə
böyük əhəmiyyət verdiyini deyib. Bildirib ki, bu
səfər əməkdaşlığın gələcək perspektivləri
baxımından çox uğurlu olacaq.
Sonda rektorlar - Abel Məhərrəmov və Sadık
Kırbaş tələbə və müəllim mübadiləsini nəzərdə
tutan çərçivə müqaviləsi imzalayıblar.
Nizami MİRZƏ |