Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - ¹15

 

Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı

Bookmark and Share

Aprelin 21-də İ.Əfəndiyev adına Elitar Gimnaziyada Türkiyənin ən gənc ali məktəblərindən olan Okan Universitetini tanıtma mərasimi keçirildi. Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə nazir Misir Mərdanov, səfir Hulusi Kılıç, sözügedən universitetin ölkəmizdə səfərdə olan nümayəndə heyəti, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların direktorları, müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qardaş ölkə təmsilçilərini və mərasimin digər iştirakçılarını səmimi salamladı, qonaqları Azərbaycanda görməsindən məmnun olduğunu dedi.

Nazir bildirdi ki, Türkiyənin 7 il öncə qurulmuş Okan Universitetinin rektoru və onun rəhbərlik etdiyi çoxsaylı nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərdə məqsəd ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da möhkəmlətmək, Okan Universitetini Azərbaycanda tanıtmaq və gələcəkdə Azərbaycandan Türkiyəyə təhsil almağa gedəcək gənclərin içərisindən bu ali məktəbi seçənlərin sayını artırmaqdır. Ölkəmizdə olduğu iki gün ərzində nümayəndə heyətinin Bakı şəhərinin bir neçə məktəbi ilə yaxından tanış olduğunu və razı qaldığını deyən nazir  hörmətli qonaqların ölkəmizə ilk gəlişinin son gəliş olmayacağına, gələcəkdə belə səfərlərin daha tez-tez həyata keçiriləcəyinə inandığını söylədi.

Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Misir Mərdanov iki ölkənin təhsil sahəsində əməkdaşlığının da yüksələn xətlə inkişaf etdiyini, hazırda Türkiyə universitetlərində  ölkəmizdən 5 minədək gəncin təhsil aldığını diqqətə çatdırdı.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıç təşəbbüslərinə sayğı ilə yanaşdığına və tədbirin təşkilinə göstərdiyi dəstəyə görə təhsil nazirinə minnətdarlığını bildirdi. Səfir müasir dünyada təhsilin rolunun getdikcə artdığını qeyd edib, hər iki ölkədə bu sahənin inkişafına böyük önəm verildiyini söylədi.

Türkiyə universitetlərinin hazırda öz qarşılarına daha çox xarici öyrənci cəlb etmək məqsədi qoyduqlarını vurğulayan səfir keçirilən tədbiri bu baxımdan yüksək qiymətləndirib, gələcəkdə belə görüşlərin Türkiyənin digər universitetləri ilə də təşkil olunacağını bildirdi.

Tədbirdə söz alan Okan Universitetinin rektoru, professor Sadık Kırbaş rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səmimi qarşılandığına görə məmnunluq duyduğunu söylədi və tədbirin təşkilatçılarına təşəkkür etdi. Rektor bildirdi ki, artıq ikinci dəfədir ölkəmizdə olur. İlk gəlişində Bakı Dövlət Universiteti ilə Okan Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sonra rektor universitetləri haqqında məlumat verdi.

Tədbirdə İstanbul və Okan Universiteti haqqında qısametrajlı filmlər nümayiş olundu. Okan Universitetinin ədəbiyyat fakültəsinin dekan yardımçısı Hulya Arslan bu ali təhsil ocağı barədə geniş təqdimatla çıxış etdi.

Sonda təhsil naziri Misir Mərdanov, Okan Universitetinin rektoru, professor Sadık Kirbaş şagirdlərin çoxsaylı suallarını cavablandırdılar. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - ¹15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov