Azərbaycan MEA-nın müxbir üzvü, BDU-nun
Azərbaycan folkloru kafedrasının müdiri Azad
Nəbiyevin "Azərbaycan xalq ədəbiyyati" adlı
kitabının birinci hissəsi təkmilləşdirilmiş
formada işıq üzü görüb.
Professor A.Nəbiyevin iki kitabdan ibarət
"Azərbaycan xalq ədəbiyyatı" dərsliyinin birinci
hissəsi ağız ədəbiyyatının öyrənilmə tarixinin
müxtəsər xülasəsi ilə başlayıb qədim dövr şifahi
xalq ədəbiyyatını əhatə edir. Bu kitabın daha
əvvəlki nəşrdən fərqi ondan ibarətdir ki,
kitabın dil üslubu daha asanlaşdırılmış və bir
çox yeni mövzular əlavə olunmuşdur. Dərslik ali
və orta məktəb tələbə və şagirdləri, müdavimlər,
magistrantlar və mütəxəssislər üçün nəzərdə
tutlulmuşdur. |