Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - ¹18

 

Bağçada ekologiya mövzusunda "açıq məşğələ"

Bookmark and Share

Aprelin 30-da Bakıdakı 335 nömrəli körpələr evi-uşaq bağçasında keçirilmiş "Doğma diyar Azərbaycan" mövzusunda "açıq məşğələ"də məqsəd yuxarı yaş qrupunda tərbiyə alan uşaqların il ərzində ekoloji biliklərə nə dərəcədə yiyələndiklərini aşkara çıxarmaq, bu sahədə toplanmış təcrübəni bölüşmək idi.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Leyla İmanova, Tamilla Allahverdiyeva, Südabə Abdullayeva, Tamilla Useynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi və yaradıcı iş üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə və bir qrup bağça müdiri öncə 2008-ci ildə istifadəyə verilmiş bu təhsil ocağında uşaqların təlim-tərbiyəsi, inkişafı, sağlamlığının qorunması üçün yaradılmış şəraitlə  tanış  oldular,  tərbiyəçilərin və istedadlı  uşaqların bağçanın dəhlizlərində və foyesində  nümayiş  olunan  əl  işləri  və  rəsmlərinə   tamaşa   etdilər.

Tədbiri bağçanın müdiri Sevda Almuradova açaraq, "açıq məşğələ"nin mövzusu, bağçalarında uşaqların ekoloji tərbiyəsi yönündə görülmüş işlər haqqında danışdı.

Musiqi sədaları altında zala daxil olan uşaqlar tədbir iştirakçılarını salamladıqdan sonra məşğələ başladı. Bağçanın böyük və məktəbəqədər yaş qruplarından olan uşaqlarla "açıq məşğələ"ni tərbiyəçilər Şəhla Vəliyeva və Nailə Hacıyeva aparırdılar. Musiqi zalında Azərbaycanın xəritəsi asılmış, hər birinin üzərində ölkəmizin təbiətini, maddi və mənəvi sərvətlərini, dövlətimizin atributlarını əks etdirən əyani vəsaitlərin düzüldüyü masalar yerləşdirilmişdi. Tərbiyəçilər əvvəlcə müxtəlif suallar verməklə uşaqların xəritə üzrə biliklərini yoxladılar.

Sonra tərbiyəçilər onları dövlətimizin atributlarının təsvirləri olan stolun ətrafına dəvət etdilər və suallar verdilər. Uşaqlar verdikləri cavablarla dövlət atributlarını tanıdıqlarını, onları təşkil edən elementlərin mahiyyətini bildiklərini nümayiş etdirib, onlara aid şeirlər, tapmacalar, atalar sözləri söylədilər, xorla himnimizi ifa etdilər. "Sərvətlərimiz", "Uşaq hüquqları və ordumuz", "Yazıçılarımız, milli ornamentlərimiz" adlandırılan digər masalar ətrafında da bu qaydada iş aparıldı. "Açıq məşğələ" uşaqların ifasında şeir və mahnılardan, rəqs və səhnəciklərdən ibarət nömrələrlə, bağçada keçirilmiş tədbirlərə dair videoçarxın nümayişi ilə başa çatdı.

Məşğələdən sonra onun təhlili aparıldı. N.Alnağıyeva, L.İmanova, G.Abdullazadə, S.Abdullayeva və b. çıxış edərək "açıq məşğələ"nin yaxşı keçdiyini, aparılan təlim-tərbiyə işinin nəticəsində uşaqların ölkəmiz, onun ekologiyası barədə zəruri bilik və məlumatlara yiyələndiklərini, ümumiyyətlə, tədbirin yüksək səviyyədə hazırlandığını, qısa fəaliyyəti dövründə bağçada bir çox istiqamətlərdə müsbət təcrübə toplandığını qeyd etdilər, pedaqoji kollektivə fəaliyyətində uğurlar arzuladılar. 

Yusif ƏLİYEV

 
Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - ¹18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov