Mayın 7-də Norveçin Xarici İşlər Nazirliyinin
MDB ölkələri üzrə şöbəsinin direktor müavini
Bard Svendsen, Norveçin Azərbaycandakı səfiri
Yon Ramberq Azərbaycan Dillər Universitetində
olublar.
Görüşdə Norveç universitetləri ilə Azərbaycan
universitetləri, xüsusilə ADU arasında təhsil
sahəsində pilot layihələrin həyata keçirilməsi
müzakirə edilib. ADU-nun rektoru, professor
Səməd Seyidov Norveç və bu ölkənin
Azərbaycandakı səfirliyi ilə əlaqələrin
genişlənməsindən məmnunluğunu söyləyib. O,
ADU-nun müəllim və tələbələrinin Norveçin Oslo
Universitetində beynəlxalq yay məktəbində
iştirakının əməkdaşlığın inkişafında önəmli rol
oynadığını bildirib.
Öz növbəsində Bard Svendsen ADU ilə gələcəkdə
də pilot layihəsinin mümkünlüyü və bu baxımdan
əməkdaşlığın önəmli olduğunu vurğulayıb. O, ADU
ilə Norveç universitetlərinin əməkdaşlığının
uğurla davam etdiyini nəzərə çatdırıb.
Tədbirdə layihə rəhbəri Vibeke Roqen bildirib
ki, ADU ilə Norveçin Azərbaycandakı səfirliyinin
uğurlu əməkdaşlığı nəticəsində ADU-da fəaliyyət
göstərən Skandinaviya Mərkəzinin kitabxana
bazasının daha da zənginləşdirilməsi və inkişaf
etdirilməsi planlaşdırılır. Sonra Norveçin
ölkəmizdəki səfiri Y.Ramberq ADU-nun
tələbələrinin səfirlikdə təcrübə keçməsinin
əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, təcrübə
müddətində tələbələr səfirliyin bütün yığıncaq
və görüşlərində iştirak etmişlər və bu təcrübə
təhsillə yanaşı, peşəkarlığa da səbəb olmuşdur.
Görüşdə gələcəkdə keçiriləcək pilot layihənin
detalları və xüsusiyyətləri müzakirə olunub.
Şakir CƏFƏROV |